17:29
Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Azər Badamov
Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Azər Badamov:


 “Qazaxıstan uğurla inkişaf edən türk soylu ölkədir. Son vaxtlar dövlətin siyasətində daha çox milliliyə önəm verilir və qazax dilinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində addımlar atılır. Qazaxıstan, həmçinin Türk Dövlətləri Təşkilatına üzvü olaraq da türk kökənliyinə daha çox meyillənib. Dövlətin belə siyasəti bəzi xarici dairələrin xoşuna gəlmir, onlar Qazaxıstanı öz təsir dairələrindən çıxarmağı arzulamırlar. Ona görə də qazın qiymət artımından fürsət kimi istifadə edərək xalqı dövlətə qarşı qaldırmağa çalışırlar.
Burada xarici siyasi texnoloqların rolu danılmazdır. Bütün bunlara baxmayaraq Qazaxıstanın dövlət başçısı təcrübəli və qərar qəbul edə bilən liderdir. Mövcud narazılığın yaranmasına görə hökumət istefaya göndərildi. Düşünürəm ki, xalq arasında narazılıq yaradan bütün təxribatçılar qısa zamanda müəyyən edilərək cəzalandırılacaq və ölkədə sabitlik bərpa ediləcək”.
Qazaxıstanda baş verən hadisələrin başqa ölkələrdə, o cümlədən Azərbaycanda da təkrarlana biləcəyi fikiri ilə tamamilə razı deyiləm. Qiymət artımları dünyada baş verən qlobal problemdir və qaçılmazdır. Sosial şəbəkələrdə bəzi çağırış edənlər ölkədəki ictimai-siyasi sabitliyi pozmağa cəhd edirlər. Hesab edirəm ki, onlar müəyyən qüvvələrə xidmət edirlər. Düşünürəm ki, dövlətlər qlobal qiymət çağırışlarına vaxtında cavab verilməsi üçün sosial tədbirləri həyata keçirməlidirlər. Qazaxıstanda baş verən hadisələr ölkənin daxili işidir. Qazaxların baş verən məsələlərə səbir və təmkinlə yanaşacaqlarına ümid edirəm”. Mənbə: Pravda
Bir 1 nəfər və mətn şəkili ola bilər
 
Category: Sİyasət | Views: 41 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: