/ Новости сайта / TMH XABAR / Azərbaycan reallığı 2 !
01.06.2020

Azərbaycan reallığı 2 !

144 0 TMH XABAR
Azərbaycan reallığı 2 !

Orta əsrlərdə Avropada cəngavərlik (Рыцарство), Rusiyada mundir şərəfi (Честь мундира) kimi  yazılmamış qanunlar var idi! Elə Ulu Şərqdə də mərdanəlik, comərdlik anlayışları mövcud olub! Bunların əsas mahiyyətləri bir anlama gəlirdi: - Silahsız, silahı əlindən duşmuş  adama hucum edilməzdi, əli-qolu bağlı adam qətlə yetirilməzdi, dueldə gulləsi boşa çıxan rəqibə havaya atılan atəşlə cavab verilərdi!...
İndi biz nə görürük, 63 yaşlı bir alim, politoloq, jurnalist qanunsuz olaraq həbs edilir, üzərində saxta ittihamlarla məhkəmə prosesi keçirilir, barəsində ədalətsiz hökm çıxarılır, uzun müddət qohumları və vəkilindən xəbərsiz Kürdəxanı 1saylı təcridxanada saxlanılır, sonra isə məhkəmə qərarı hüququ qüvvəyə minmədən 11 saylı cəzaçəkmə müəssisəsinə köçürdülərək Karsda saxlanılır!!!
Butun bunlar vicdan məhbusu, talış F.Abbasova(Əboszodə) qarşı edilən haqsızlıqlar, qanunsuz hərəkətlərdir!
Bütün bunlar şərəf, ləyaqət, gözlənilmədən, əks tərəfin hüquqlarını kobud sürətdə pozmaqla ( "silahı əlindən alınır",
"əli qolu bağlanır") həyata keçirilir!
Deyirsiz "cinayət törədib"?! Cinayətkardırsa məhkəməni niyə cəmiyyətçin açıq keçirmədiniz?
Deyirsiz " dövlət sirlərini düşmənə ötürüb"?! Uzun müddət Azərbaycandan kənarda yaşamış biri hansı sirlərin daşıyıcısı ola bilər?
Deyirsiz " cinayətkardır"?! Bəs niyə Onun özünə danışmaq haqqı tanımırsız, niyə O ciddi-cəhdlə onu cəmiyyətdən və yaxınlarında təcrid edirsiz?
Burdan yalnız bu nəticəyə gəlmək olur: - Ölkədə Qanun şah deyil!!!.. 
Azərbaycan reallığı budur!

TMH
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: