20:33
Azərbaycan Respublikası prezidentinə, Azərbaycan Respublikası Ali məhkəməsinə, Azərbaycan Respublikasının baş prokuroruna. Azərbaycan Respub

Azərbaycan Respublikası prezidentinə, Azərbaycan Respublikası Ali məhkəməsinə, Azərbaycan Respublikasının baş prokuroruna. Azərbaycan Respublikası Gənclər və idman naziri əvəzinə.

“Günahı” ancaq mən sub olduğu Talış xalqının yaşamının təminatına yönəli yazı və fotolarının müxtəlif social şəbəkələrdə paylaşması olan, Aslan Əhəd oğlu Qurbanovla bağlı

                                                  Müraciət :

Hələ ötən əsrin 90-nıncı illərinin Talış xalqına münasibətdə həbslərdən, hazırkı günlərə qədər, Azərbaycan Respublikasında Talış mahalından günahsız yerə, şərlənməklə represiya, qorxu, xof yaratma həbsləri adi hala cevrilib. Azərbaycanın Talış Muğan mahalında ən son həbs hadisələri, nəinki ölkə miqyasında, hətta dünya miqyasında ciddi narahatlıqlar doğurmaqdadır.

Belə ki, bir zəif, xəstə talış gəncinin, A.Qurbanovun həbsindən dərhal sonra, Beynəlxalq Amnesty International təşkilatı öz hesabatında dünya ictimaiyyətinə bu haqda məlumat yayaraq, onun həbsinin siyasi motivli olmasını bəyan etmişdir.

AR-nın ordu sıralarında ağır xidmət şəraitində (Murov dağında) sağalmaz epillipesiya xəstəliyinə urcah olan bu 28 yaşlı gənc, nə edib?...

Ümumölkə səviyyəsində hər bir vətəndaşın daima polis rejiminin nəzarətini hiss etməklə, nə edə bilərdi?...

Əlbəttə, hec nə!

O, sadəcə sosial şəbəkələrdə, mənsub olduğu Talış xalqının taleyinə mövcud, rəhbərlik etdiyiniz hakimiyyətin laqeyid, bir-çox hallarda düşmən münasibətinə öz etirazını bildirib, ölkə vətəndaşlarının əksəriyyəti kimi özünüifadəyə cəhd edib və ölkə miqiyasında tuğyan edən pantürkizmə etiraz münasibətini yazıb-yaymağa cəhdlər göstərib...

Talış Muğan Muxtar Respublikasının Mühacir hökümətinin Gənclər, idman və turizm naziri olaraq, tələb edirik: günahsız yerə, fikir və düşüncələrinin ifadəsinə görə həbsə alınaraq, saxta istintaq əsasında çıxarılan, ictimaiyyətə qapalı aparılan məhkəmə qərarı ilə 7 il azadlıqdan məhrum edilən Aslan Qurbanov dərhal azad edilsin!

Vətən naminə qazandığı xəstəlikdən Dövlət (əgər varsa) hesabına onun üçün müalicə təyin olunsun!

Növbəti Talış xalqının fədakar övladının məhvinə gətirib çıxaracaq əməl və münasibətlərə son verilsin!

Hörmətlə, TMMR-in gənclər, idman və turizm naziri

Ilham Babazade.

Ilham Babazade 

Category: TMH Xəbon | Views: 73 | Added by: tmmrtalish | Tags: Ilham Babazade | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: