18:00
Azərbaycan Respublikası Xalqının həqiqi vətənsevər, Ölkə müstəqilliyi, azadlığı, süverinliyi kimi Ali dəyərləri qiymətləndirməyi bacaran his
Azərbaycan Respublikası Xalqının həqiqi vətənsevər, Ölkə müstəqilliyi, azadlığı, süverinliyi kimi Ali dəyərləri qiymətləndirməyi bacaran hissəsinə,
Əziz həmvətənlər!

Biz, Talış Muğan Muxtar Respublikası Mühacir höküməti, Talış Milli Hərəkatının nümayəndələri olaraq, illərdir ki, böyük həyacanla, Ölkədə dövlətçiliyin ləğvi ilə, Azərbaycanı Türkiyə Cühümiriyyətinin bir əyalət kimi tərkibinə, ən yaxşı halda, vassalına çevirməyə yönələn ciddi təbliğat, təşkilatlanma barədə danışır, ölkəyə əsasən gəlmələrin (qaçqınların, vətənsizlərin) bu cəhdlərinə müqavimət göstərməkdəyik! Hazırda Ölkə ictimaiyyətinin vətənsevər, tərəqqipərvər hissəsi böyük narahatçılıqla Bütün Qfqaz Musəlmanlarının Şeyxinin bir dindar kimi etdiyi xütbəsində, AR-nın dövlət kimi varlığında bütün qonşuları ilə, o cümlədən İran İslam Respublikası ilə mehribançılığa, etimada yönələn fikirləri ətrafında yaranmış qalmaqal, əlbəttə, həm də, bizi,-Talış Muhacir Hökümətini, TMH-nı ciddi narahat edir.
Əsasən də, Türkiyə Cühürmiyyətinin rəsmi dövlət xadimlərinin və mətbuatının ciddiliklə antiŞeyx kompaniyasına qoşulması çox narahatedicidir!
Bizim, harada yaşamaqdan asılı olmayaraq, Talış-Muğan mahalında, onun hazırkı və sabiq sakinlərinin problemlərini öz problemlərimiz sayırıq.
Bu saxta qalmaqal nəyə hesablanıb? Arxa planında kimlər və nə dayanıb? Ölkədə, axırıncı 10 illiklər ərzində aparılan antiTalış təbliğatı hazırda öz bəhrəsini verməkdədir.
Ölkə sərvətlərini tədricən əlinə keçirən Türkiyə dövləti, artıq açıq- aydın Azərbaycan torpaqlarına iddia edərək, Azərbaycana öz vilayəti kimi baxmaqdadır. Türkiyənin Azərbaycanın ölkədaxili işlərinə qarışması, tək hakimiyyətin yox, hətta din adamlarının çıxışlarına müdaxilə etməsi, bir daha Azərbaycanın müstəqil dövlətçiliyini saya almadığını tam ciddiliklə subut edir. Azərbaycan Respublikasının hazırkı ərazisi heç vaxt nə Osmanlı İmperiyasının nə də indiki Türkiyənin tərkibində olmayıb və bizim ata-babalarımızın 1918-ci ildə, o cümlədən qardaşlarımızın qanı 1989-91-ci illərdə, ölkənin müstəqilliyi uğrunda, əbəs yerə axıtmayıb ki, indi bu müstəqilliyi kiməsə, bilavasitə TC-nə onun 5-ci kolonunun təbliğatı, şüvəni ilə peşkəş edək.
Azərbaycanın çoxmillətli bir ölkə olduğunu nəzərə almağı kimlərsə yaddan çıxarmamalıdır. Beynəlxalq aləmin tələblərinə baxmayaraq, Türkiyə hökuməti ölkəsi daxilində yaşayan yerli xalqlara hələ indiyə qədər heç bir haqq tanımayıb və bu haqqı tələb edən millətlərə qarşı düşmən hərbi siyasəti yürüdür.
Fəth adı ilə ölkələri zəpt etmək artıq keçən əsrlərdə, tarixdə qalmaqdadır. Müasir dünyada insanların özünüidarəetmə və öz müqəddəratını təyin etmə hüquqları yaşamaq marağındadırlar.
Bunları nəzərə alaraq, biz,- Talış Muğan xalqının nümayəndələri olaraq, Vətənimiz Azərbaycanın Türkiyənin bir əyalətinə çevirilməsinə edilən cəhdlərin fonunda Şeyxülislam Allahşükür Paşazadəyə edilən ictimai qınaq, təqib və təhqirlərə qətiyyətlə etirazımızı bildirir, təcili dayandırılmasını tələb edirik!

Talış Muğan Muxtar Respublikasının vitse-Prezidenti
Boris Tolışinski
TMMR-nın Mühacir hökümətinin Baş naziri
Rəhim Mirzəyev
Almaniya Federativ Respublikası 26.07.2021 il.
Category: TMMR-nın Xəbərlər | Views: 89 | Added by: tmmrtalish | Tags: Boris Tolışinski Rəhim Mirzəyev | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: