/ Новости сайта / TMH XABAR / Azərbaycan Respublikasının prezidenti   İ.Əliyevə  Və bütün dünya ictimaiyyətinə…
01.06.2020

Azərbaycan Respublikasının prezidenti   İ.Əliyevə  Və bütün dünya ictimaiyyətinə…

95 0 TMH XABAR
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevə, Surəti: Respublika Baş Prokuroru K. Əliyevə, iş işləri Naziri V.Eyvazova, Gənclər və idman Naziri A.Rəhimova və bütün ...

  Azərbaycan Respublikasının prezidenti   İ.Əliyevə,                                                                                                                                                                Surəti: Respublika baş Prokuroru   K. Əliyevə,                                                                                                                                                                         Daxili işlər Naziri   V.Eyvazova,                                                                                                                                                                                                  Gənclər və idman Naziri   A.Rəhimova                                                                                                                                                                                    Və bütün dünya ictimaiyyətinə…

    Ağalar, sayənizdə, ölkə sanki ötən əsrin 30-cu  illərinin repressiyaları dönəmini yaşamaq dövrünə qayıtmışdır. Dövlətin idarəçiliyini mənimsəməklə, sizlər, insanlığa xidmətdən çox, insanlığı mütiləşdirmək, hakimiyyət məmurlarının korrupsiya aparatının müqavimətsiz istifadə alətinə çevrilməsinə, bütün inzibati, dövləti resurslar da daxil, imkanlarını yönəltmisiniz!                                                                            XXI əsrin imkanları artdıqca, yaranan hər imkandan istifadə etməklə, ölkədə və məcburiyyət üzündən mühacirət həyatı yaşayan insanların belə, Dövlət idarəçiliyində yol verilən gədalığa, səriştəsizliyə və ən əsası, xalq sərvətlərinin mənimsənilib talan edilməsinə olan, ada-buda etirazların boğulması cəhdləri də xeyli artıb! Hələ, sadə insanların üzünə açıq olan, sosial şəbəkələr vasitəsi ilə, vicdan sahibliyini itirməyən, yaşam yerindən asılı olmayaraq insanlar, vətənə bağlılıqlarından, hər cür nöqsanları anladıqları qədər deyib-yazmaqla, yaxud deyilənləri bəyənməklə (layk etməklə), düşünürlər ki, sizlərin SAXTA təbliğatınıza uyğun, ədalətin bərpasına nail ola bilərlər… lakin ölkənin idarəçiliyində əsas olmalı qanunları, çoxdan bir heçə çevirməklə şərləmə, böhtanlama kimi, ara münasibətlərinə geniş meydan verilib, artıq, peşəkarlıqla Allahın göndərdiyi bəladan (koronovirusdan) da istifadə də ustalıq göstərirsiz…                                                                                İqtisadi və sosial həyatı viranə günə qoyulmuş Talış-Muğan mahlında, insanlar, bu ağır pandemiya dövründə də hökumətin düşünülmüş şəkildə yaratdığı ciddi ağırlıqlara rəğmən, milli yaşam haqqını, -Talışın yaşamı barədə düşünmələrindən rəncidəliyini gizlətmədiniz. Qorxu-xofu da Talışların varlığında, pandemiya xisləti ilə saxlanması üçün, sizlər şərləmə-böhtanlama metodu ilə Facebookun yaratdığı imkanlardan bəhrələnib söz dəyən fəal Elvin İrşadovu, digər Talışın qeyrətli övladları Fəxrəddin Abbasov, Elvin İsayev və Mübariz Mənsimov kimi şərləməklə barmaqlıqlar arasına salmağa müvəffəq oldunuz, amma…unutmayın, Tolışın “bıjən-bıjən”li günləri də ola bilər və bu, ölkə miqyaslı xilasın aparıcı çağırışı olacaq!... TMMR-nın Mühacir hökumətinin ən gənc Vəziri kimi,  bir daha qətiyyətlə Sizlərdən tələb edirəm, cənablar, durun! Kifayyətdir, insan haqları, demokratiya adı ilə alver edərək, ölkəni taladınız! İnsan azdalıqlarını, onların ifadə etmək imkanlarını, artıq, heç həbslərlə də məhdudlaşdıra bilməyəcəksiniz, qayıdın, ən azı, tərtib etdiyiniz qanunların imkan çərçivəsinə, nahaq həbs edilənlərin hamısını, o cümlədən Talışın qeyrətli, mərd kişiləri,- F.Abbasovu, E.İsayevi, M. Mənsimovu və E. İrşadovu azad edin!                Aşırı türkçülərdən fərqli olaraq, mən bütün vicdan və siyasi dustaqlara, heç bir milli-dini fərq qoymadan,        
  AZADLIQ tələb edirəm!

  TMMR-nın mühacir hökumətinin Gənclik, idman və turizm vəziri                                                                                                                 
   İlham Babazade.

 
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: