16:09
Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali məhkəməsinə, Azərbaycan Respublikasının Ədliyyə nazirinə

Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali məhkəməsinə, Azərbaycan Respublikasının Ədliyyə nazirinə.
XIX əsrin əvvəllərindən öz müqəddaratına, taleyinə, dövlətçiliyinə sahibliyini itirən Talış xalqı, XXI əsrin də əvvəllərindən başlayaraq, tam şəkildə, Vətənini, mənlik və şərəfi olan DİLini itirməkdədir və… deməli milli kimlikliyini də, belə getsə, itirəcəkdir!..
Axı, öz Ana Dili ilə yaşamını, Allahla ünsiyyətini, həyat və güzaranını qura bilməyən Xalq,-xalq olmaqla, yaşamına da biganələşir və ölür!...
Bütün bunları yaşayan Talış xalqının az da olsa, qeyrətli övladları, Talış mahalı və Talış xalqına hazırkı ədalətsiz və sərt ksenofoobik münasibəti bütün dünyaya yaymaqla, həyacan siqnalı verməkdədirlər!...
Və ölkə daxilində və xaricində, Talış xalqının yaşamı naminə mübarizə aparan, fəaliyyət göstərən, bu xalqın hər bir nümayəndəsinə qarşı, qatilcəsinə münasibət formalaşıb, davam etdirilir!
Son 200 ildə hər zaman, eləcə də XXI əsrin başlanğıcından, cox saylı Talış fəalı, ziyalısı: Novruzəli Məmmədov və onun ailəsi, Fəxrəddin Abbasov(Əbboszodə) və digərləri dövlət terorunun qurbanları olaraq, qətlə yetiriliblər.s
Hazırda, bu günümüzdə də həmən sərt və qəddar münasibət davam etməkdədir, indi də…. Aslan Qurbanova qarşı.
Belə ki, F.Abbasovun şəhid edilmə ssenarisini olduğu kimi, indi də Ona tətbiq edilmə gedişlərini,- qapalı Qobustan həbsxanasına köçürülməsinə qərar verilib?!...
Bütün aidiyyəti dövlət orqanlarına tələb edirik, xəstə, zəif və Talış kimi yaşamaq haqqı olan, Azərbaycan Respublikası vətəndaşı, öz xalqının mərd oğullarıdan biri və nəhayət... ölkədə panmillətçiliyə qarşı əsil həqiqəti deyən, mövqeyin göstərən bir mərdə,
- Aslan Qurbanova, AZADLIQ tələb edirik! Aslan Qurbanova qarşı qəddar münasibətə son qoyulmasını TƏLƏB EDİRİK!...
Dərin hörmətlə, Talış Muğan Muxtar Respublikasının Mühacir hökümətinin Gənclər, İdman və Turizim naziri əvəzi,
İ. Babazadə.






Ilham Babazade
Category: TMMR-nın Xəbərlər | Views: 59 | Added by: tmmrtalish | Tags: Ilham Babazade | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: