search
menu
person

NEWS AND UDATES


19:32
Azərbaycan sakini etiraz əlaməti olaraq evinin darvazasını talış bayrağının rəngləri ilə boyamışdır

 

Lənkəran rayonunun sakini , Azərbaycanda talış simvollarına qadağasına etiraz əlaməti olaraq  ,evinin darvazasını üç rəngli talış bayrağının rəngləri ilə boyamışdır.

Lənkəran rayonu Boladi kəndinin  sakini Fədail Bağırov Azərbaycanda talış bayrağına qoyulan  qadağaya , etiraz əlaməti olaraq  həyətinin darvazasını üç rəngli talış bayrağının rəngləri ilə boyamışdır. Darvazanın şəkili sosial şəbəkələrdə sürətlə yayımağa başlamış və güclü müzakirələrə səbəb olmuşdur.

  Müzakirələr əsnasında kəndin sakini həyətinin darvazasını bilərəkdən talış bayrağının rəngləri ilə boyadığını bildirmişdir. O bu hərəkəti ilə talış xalqının öz doğma simvollarından istifadə etmək haqqlarından necə mərhum edilməsi probleminə nəzərləri yönəltmək istədiyini deyib.

    “Bu işlə əlaqədar mənim evimə polislər gəldilər, mən onları uzaqlara yolladım” – deyə sakinin sözünü sosial şəbəkə istifadəçisi Seyfəddin Talışstani paylaşıb.
    Xatırladaq ki, Azərbaycan höküməti talış milli simvollarının sərgiləməsindən qorxaqcasına ehtiyat edirlər. Necə ki, 2018-ci ilin oktyabrın 12-də Bakı hava limanında Azırbaycan DİN əmakdaşları tərəfindən döyülmüş və sonra 30 gün həbs cəzası verilmiş talış fəalı Mirismayıl Mirismayılovla bağlı hadisə olaylanmışdır. Talış fəalı Sankt-Peterburq şəhərində avtoyürüş zamanı talış bayrağının önündə şəkil çəkdiyinə və sonra onu internet məkanında yerləşdiyinə görə günahkar bilmişlər.

Категория: TMMR XABARLAR | Просмотров: 111 | Добавил: tmmrtalish | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
https://www.accuweather.com/az/az/lankaran/29090/daily-weather-forecast/29090