/ Новости сайта / TMH XABAR / Azərbaycan Talışının ziyalı-ağsaqqalı, xalqının yaşamına yaranan təhlükəni görüb, qəlb ağrısı ilə etdiyi F Ə R Y A D :
31.03.2020

Azərbaycan Talışının ziyalı-ağsaqqalı, xalqının yaşamına yaranan təhlükəni görüb, qəlb ağrısı ilə etdiyi F Ə R Y A D :

81 0 TMH XABAR
Azərbaycan Talışının ziyalı-ağsaqqalı, xalqının yaşamına yaranan təhlükəni görüb, qəlb ağrısı ilə etdiyi

                                                                                   F Ə R Y A D : 

 


  Salam qardaşlar! 
Allah sizə kömək olsun! Burada, Azərbaycanda, bizim (Talış xalqının) ziyalılarını patriotlarını hamılıqla şantaj edirlər…
Mənim, 40-50 qohumuma, - əsasən də polisdə, hərbdə işləyən qohumlarıma, eləcədə oğluma da deyiblər ki, atana de, belə işlərlə (Talışın yaşamı barədə yazmaq, xalqın ictimai-siyasi təşkilatlanması haqqında işlərlə) məşğul olmasın, yazmasın…əks təqdirdə…
 Mirtağının ailəsini bir günə qoydular ki, o, artıq tam sumağa vadar edilib, belə ki, onun iki qızını, oğlunu işdən çıxarmaqla təhdid edirlər ki, onu Talışın yaşam mübarizəsindən kənarlaşdırmalısınız! 
Bir kürəkəni də Ədliyyə Nazirliyində işləyir, onun da qarşısına analoji  şərti qoyublar. Həyat yoldaşı məcburiyyət üzündən, bildirir ki, övladlarımızın adi yaşayışlarının təminatına, insani yaşayışlarının qurulmasına Talış xalqını yaşamı naminə fəaliyyətin maneə yaradır, dayanmalısan, əks təqdirdə ayrılmalıyıq və sənin valideynlik haqqından məhrum edəcəyik!
 Ailədə çıxılmaz duruma salınan Qardaşımızdan (Boylimizdən) telefonunu belə alıblar, telefon istifadə etdiyi telefon nömrələrini belə pozub, dəyişiblər, hüquqsuz bir vəziyyətə salıblar!
 Sabir  Bolimizi  çağırıblar, 2-3 saat müəllimə mühazirə oxuyub,  ona necə yazmaq, necə danışmaq barədə təlimat-tapşırıqlar veriblər!
 Masallıda Ələkbərə tapşırıqlar veriblər ki, poçtda işləyib yazıq uşaqlarına çörək-yemək qazanmaq istəyirsənsə, Talış xalqının yaşam problemlərdən danışmaqdan belə, imtina et!
 Götürək, bizim qocaman Camal müəllimimizi, eləcə də Allahverdi müəllimi, yaxınları vasitəsi ilə çatdırıblar ki, siz gedib haradasa, Talış ədəbi ictimaiyyətinin yığıncağında iştirak etmisiz və niyə? Sakit həyat yaşamaq istəmirsiz?
Masallıda, Hışqədərə kəndində, Rəşadı götürək, onsuzda onun işi yoxdur. O, da bəzi statuslar yazır, hərdən radikal formada ölkədə tüğyan edən pançılığa qarşı çıxışlar edir, ona demişəm,  belə etmə, amma, milli mənliyinin təhqirinə dözmür, edir! Qarşılığında, kənd İcra hakimiyyətinin nümayəndəsi vasitəsi ilə, onun qardaşını, qonşularını, onun üzünə saxlayırlar ki, guya O, təhqir edir, hökumət nümayəndəsinin üzünə qayıdır, yəni, bir sözlə, bu qeyrət nümunəsi olan gəncimizi, ilişdirmək istəyirlər. 
 Təssəvvür edin, mən yubileyə  getmişəm, məclisdə 140-150 nəfər var, mənə söz verirlər, deyirəm Talış dilində danışaq və orada olan ağsaqqallar Talış dilində danışır, öz arzularını bildirirlər. Sonra yubliyarın  oğlu, əmisi oğlu haradasa mayordur, ya da polkovnik bilmirəm, gəlib həmin adamlara hansı ki, Talış dilində öz arzularını danışırlar, onlardan xahiş edir ki, Türkcə danışın. O, mənim üzümə deməkdən utanır, çəkinir, utandığından mənə demir, amma oradakıların hamısına xəlvəti tapşırıqlar verir. Sonra,  onun orada olan 9-10 bacısı, bacısı oğlanları, qızları, bütövlükdə hamısı ailəliklə, məxsusi tapşırıqla rəqsə başlayır və… 3-4 saat, təssəffür edirsiz də, fasiləsiz meydançanı tərk etmirlər…. Hazırda dövlət səviyyəsində cəmiyyətin, az-çox fəal olan Talışların qohumlarının beynini yuyub xarab ediblər. Yanaşıb deyirəm ki, əmi qızı bu nədir? Deyir ki, bizim övladımız orada, hərbidə işləyir, istəmirsiz orda işləsin? 600-700 manat maaş alır. O biri, mənim digər oğlum da hava limanında işləyir, birdən onu da işdən çıxararlar!
 Fikir verirsiz də, bu cəmiyyəti nə günə qoyublar, bizim qohumları nə günə salıblar. Hər yerdə bu belədir, ay qardaş, ilk növbədə Masallıda, Lənkəranda, Astarada lap eybəcər formada həyata keçirirlər. Orda, elə bil, gestapo rejiminin nəzarəti bizim uşaqlara münasibətdə yaradılıb! Çox dəhşətlidir, həddən ziyadə dözülməz bir vəziyyət qurulub!  Mən xəcalət çəkirəm, belə bir dövləti olan ölkədə yaşayıram, belə bir cəmiyyətdə yaşayıram. Dövlətçiliyin əsasını özündə əks  edən Konstitusiyasinda bir cür deyilir, yaşamamızda  millətə qarşı tam fərqli bir eybəcər formada münasibət var. Mən xəcalət çəkirəm, qurana and olsun.
Mənim, uzun illər, ağır zəhmət hesabına topladığım  materiallar itib, hazırda düşünürəm, gedib oturum yazım,  cəhd edirəm Talışın tarixindən, çoxdan qalan materialları bir daha yığım, bunları dərslik formasında yazım. Lakin kitabxanaya gedirəm, orada tapşırıblar, mənə orda lazım olan kitabları vermirlər. Respublika kitabxanasında deyirlər ki, Seyidəmir müəllim, o kitablar yoxdur daha. Deyirəm,  burada ictimai otaq var, humanitar kitablar verilibsə, orda olar. Deyir yox sifarişlə gətirilər. Universitetdən istəyirlər, müvəqqəti pulda verirlər göndərmişik. Belə qardaş,… baxıram bizim axrımız necə olacaq, belə getsə mənim millətimi yox edərlər, qardaş, Boylilər! 
 Hər yerdə deyib, yazırlar ki, Talış bizim qardaşımızdır! Bütün səviyyələrdə, böyük yalandır, riyakarlıqdır, saxta qardaşlıqdır!

Talış Milli Hərəkatı
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: