/ Новости сайта / TARİX / Azərbaycan tarixində BAŞ ƏYMƏYƏN kişilərin ön cərgəsində olub Ziya Bünyadov
01.06.2020

Azərbaycan tarixində BAŞ ƏYMƏYƏN kişilərin ön cərgəsində olub Ziya Bünyadov

91 0 TARİX

Azərbaycan tarixində BAŞ ƏYMƏYƏN kişilərin ön cərgəsində olub Ziya Bünyadov !


 
“Deməli, Brejnevə 3-cü dəfə Sovet Ittifaqı Qəhrəmanı adı veriləndə Ziya Bünyadov evə gəlir və həyat yoldaşına deyir: "Bu indi yuxarıda oturub deyə, qarnını ulduzla bəzəməlidi? Kojedub 62, Pokrışkin 59 düşmən təyyarəsi vurub. Ona görə 3 dəfə bu adı alıblar. Brejnevin 3-cü təltifi bizim üçün təhqirdi. Moskvaya ETİRAZ MƏKTUBU  göndərdim". 
Tahirə xanım dəhşətə gəlir və dərhal poçta qaçır ki, məktubun göndərilməsinə mane olsun. Ancaq artıq gec idi.. Mərkəzi Komitədən tökülüb gəlirlər və dəyərli akademik onların da abırını ətəyinə büküb qaytarır Moskvaya, heç nə də edə bilmirlər...
Azərbaycan tarixində BAŞ ƏYMƏYƏN kişilərin ön cərgəsində olub Ziya Bünyadov. 
“Qurani-Kərim”in tərcüməsinə görə cəmi "4 Şirvan" qonorar alan, Yulian Semyonovun atası vətən xainidi deyə universitetdən qovulmasına imkan verməyən, Saxarovu, Balayanı, saxtakar erməni tarixçilərini tutarlı faktlarla çiləyən, vətən qarşısında xidmətləri heç bir ölçüyə gəlməyən BÖYÜK AZƏRBAYCANLInı dərin ehtiramla anır, Tanrıdan rəhmət diləyirəm!”

Tural Dadaşov
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: