search
menu
person

NEWS AND UDATES


14:39
Azərbaycan və Talış şair Baladdin Veşo dan avropada söyüş maşınlara cavab .
İki gün bundan əvvəl Avropada, Haaqa şəhərində Mehman Hüseynovun müdafiəsiylə bağlı keçirilən  yürüşdə Talış ağsaqqal Ələkrəm Hubmmətovda iştirak edib. Orda Orduxan Temirxan adlı bir nanəcib küçə boyu qaça-qaça Ələkrəm Hummətovun dalınca bir hürüşmə ideyası həyata keçirib. İstər Orduxan, istər onun ətrafında olan 3-4 pudel bu ədəbsizliyi təkcə Ə.Hummətova qarşı eləməyib, bütün talışa qarşı eləyib, məqsəd bu olub,ya da göstəriş bu olub ki, bu hürüşmə aksiyası həyata keçirilib. Haqlı olaraq xalq bu pudellərin rusvayçı, ədəbsiz hərəkətini qəzəblə qarşıladı, və onlara öz nifrətini bildirdi. Bloqer Orduxan Temirxan məhz belə bir tərifnaməyə laiq birisi olduğunu öz ədəbsizliyi ilə təsdiq edib.

           Yalanca hürmə!

Hərçəndi peşəndi anadangəlmə,
Hər yoldan ötənin dalınca hürmə!
Zatına bələdəm, məni xam bilmə,
Sən tutan deyilsən, yalanca hürmə!

Kəsik quyruğunu dik tutma ordan,
Quyruğu qısılı qaçıbsan burdan...
Danışma qeyrətdən, namusdan, yurddan,
Lap olsun səriştən bolunca, hürmə!

Sən çoxdan olmusan yadın yamağı,
Heç adam saymırlar bizdə yalağı!
Partladar təpəni Talış çomağı,
Bizə hürəniz var kalanca, hürmə!

Belə hürənsənsə Erməniyə hür,
Ölünə -dirinə qoymayıbdı gor!
Ay qulağı kəsik, haqq bilməz nankor,
Ona-buna bekar qalınca, hürmə!

Ağzını boş qoyma hər gələn yerdə,
Salarsan özünü çıxılmaz dərdə!
Yorğanın qalmayıb eybini örtə,
Başını qoyduğun balınca hürmə!

Hörmətdən deyəsən _ hörmətin yoxdur,
Ismətdən deyəsən _ ismətin yoxdur,
Qeyrətdən deyəsən _ qeyrətin yoxdur,
Qudurub, yaddan yal alınca, hürmə!

Sənə it demirəm, yox sədaqətin,
Sən o ada laiq olasan çətin!
Quyruq bulamaqdır sənin sənətin,
Hardasa qurulmuş planca hürmə!..

Biqeyrət tutduğu yoluynan ötər,
Yal görsə, dost-qardaş gözündən itər!
Kəsər görməmisən neştərdən betər,
Başını kəsəcək, qılınca hürmə!
B.Veşo. 08.01.2019.
Категория: TALİSH | Просмотров: 73 | Добавил: tmmrtalish | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
https://www.accuweather.com/az/az/lankaran/29090/daily-weather-forecast/29090