20:10
Azərbaycan xalqına və elminə ağır itki üz vermişdir…

Azərbaycan xalqına və elminə ağır itki üz vermişdir…

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının akademiki, AMEA-nın Tarix İnstitutunun “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası şöbəsi”nin müdiri, tarix elmləri doktoru, professor Fəridə Məmmədova vəfat etmişdir…
Bu acı xəbər Azərbaycan Talışlarının İctimai Şurasını (ATİŞ) da xeyli mütəəssir etmişdir…
Fəridə xanım Azərbaycan tarixində və azərbaycanlıların etnogenezində bütün digər aborigen xalqlarla birgə talışların da mühüm rolunu obyektiv elmi əsaslarla ortaya çıxartmış ədalətli alimlərlərdən biri olmuşdur. Hələm 1980-cı illərin sonu, 90-cı illərin əvvəllərində Fəridə xanıma qarşı nə qədər haqsız basqılar olsa da o, Azərbaycanda yaşayan bütün digər xalqlarla yanaşı, talışların da milli özünüdərk prosesinə müsbət yanaşmış, onların öz tarix və mədəniyyətlərinin öyrənilməsinə maraqlarını alqışlamışdır.
Fəridə Məmmədovanın 2005-ci ildə nəşr etdirdiyi “Qafqaz Albaniyası və albanlar” adlı monoqrafiyası yalnız qonşu ermənilərin deyil, bizim də bəzi xəstə təxəyyüllü millətçilərin tənqid və təhqirləri ilə qarşılansa da, bir çox görkəmli alimlər tərəfindən dünya tarixini zinətləndirən şedevr əsər hesab edilmişdir.
Fəridə xanım əsas iş yeri hesab edilən Elmlər Akademiyasında və mühazirələr oxuduğu bir çox universitetlərdə elmi işçilərin, tələbə və müəllimlərin sevimli alimi, professor-pedaqoqu kimi tanınırdı.
Xalqımızın böyük alim qızı Fəridə Məmmədova bu və digər yüksək keyfiyyətləri ilə də daim qəlbimizdə yaşayacaqdır.
Azərbaycan Talışlarınln İctimai Şurası Fəridə xanımın vəfatı ilə əlaqədar olaraq, xalqımıza, onun qohum-əqrəbalarına, cəmi elm sahiblərinə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyir. Allah böyük Alim və Şəxsiyyət kimi tanınan Fəridə Məmmədova xanımı rəhmət, ruhunu şad etsin…
Azərbaycan Talışlarınln İctimai Şurası
Bir 1 nəfər şəkili ola bilər
 
Category: Sİyasət | Views: 89 | Added by: tmmrtalish | Tags: Azərbaycan Talışlarınln İctimai Şur | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: