search
menu
person

NEWS AND UDATES


18:00
Azərbaycan Xalqlarının Demokratik Partiyası Təşəbbüs qrupu üzvlərinin növbəti yığıncağı keçirilmişdir
  
   Bu gün, Azərbaycan Xalqlarının Demokratik Partiyası Təşəbbüs qrupu üzvlərinin növbəti yığıncağı keçirilmişdir. Yığıncağın işini aparmaq üçün, sədr və katiblik seçilmişdir! Yığıncağa Təşəbbüs qrupunun üzvləri Mehdibəy Səfərov sədr, Seyidəmir Məmmədov isə, katib seçilmişlər. Yığıncağda təşkilatlanma işləri ilə yanaşı, AXDP-nın Nizamnamə və Proqramının layihəsinin hazırlanması müzakirə olunmuşdur. Təşkilatlanma məsələləri ilə bağlı, çıxış edən M. Səfərov məlumat verdi ki, AXDP-nın yerli, rayon şöbələrinin yaradılması ilə əlaqədar intensiv işlər gedir. Bakı, Sumqayıt, Lənkəran, Masallı, Lerik və digər ərazilərdə yerli şöbələrinin yaradılmasına ciddi hazırlıq işləri gedir! Azərbaycan Respublika vətəndaşlarının mütləq əksəriyyətinin dünyagörüşlərinə, arzu və istəklərinə uyğun olan, daha müasir, sivil və demokratik prinsiplərə əsaslanan bu partiya üzv olmaq üçün, dilindən və dinindən asılı olmayaraq, müxtəlif təbəqələrin nümayəndələri AXDP-nın təşəbbüs qrupunun fəallarına çoxsaylı müraciətlər edirlər! Yığıncaqda partiya fəalları Saday Nəciyev, İnqlab Əbdülov, Hamlet Vəliyev, Oqtay Əsgərov, Samir Ağazadə və başqaları çıxışlar edərək, təklif və rəylərini ifadə etmişlər.
Yığıncaqda təşkilatlanma işlərin genişlənməsi, eləcə də Nizamnamə və Proqramın layihəsini hazırlanması ilə bağlı, AXDP-nın fəallarına ayrı-ayrılıqda tapşırıqlar verildi.


04.03.2019.
Bakı şəhəri.
Category: XƏBƏRLƏR | Views: 63 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar