search
menu
person

NEWS AND UDATES


22:13
Azərbaycan  Xalqlarının Demokratik Partiyasının (AXDP)  Məramnaməsi  (L A Y İ H Ə)
                                                         Azərbaycan  Xalqlarının Demokratik Partiyasının (AXDP) 

                                                                                       Məramnaməsi

                                                                                       (L A Y İ H Ə)

Giriş
    Azərbaycan Respublikasında fəaliyyət göstərən çoxsaylı partiyaların məramnamələrinə diqqət edərkən, görürük ki, ölkə xalqlarının dillərinin, mədəniyyətlərinin, adət-ənənələrinin və digər maddi-mental, milli-mənəvi dəyərlər sisteminin hifz olunması, inkişafı ilə bağlı,  heç bir siyasi təşkilatın əsaslandırılmış proqram və məramnamələri yoxdur! Dilindən və dinindən asılı olmayaraq, ölkə vətəndaşlarının qürurlü, ləyaqətli, firəvan, xoşbəxt birgəyaşayış prinsiplərini prioritet götürə biləcək Məramnamə niyyətlərinin olmaması, həmin partiyaların Azərbaycan cəmiyyətində layiqli nüfuz və tərəfdaş qazana bilməməsi ilə nəticələnmişdir! Bütün bu ideoloji çatışmazlıqlar Hakimiyyət dəyişməzliyinə, avtoritar idarəetməyə və son nəticədə isə, vətəndaşların həyat şəraitlərinin həddindən artıq aşağı düşməsinə gətirib çıxartmışdır! 
   Dövlət qeydiyyatından keçmiş bir sıra siyasi təşkilatların liderləri AR-da yaşayan xalqlar arasında ayrıseçkilik, etimadsızlıq, bəzi hallarda isə, nifaq salmağa hesablanmış, ultra-millətçi, monoetnik siyasət yürütmələri ağrılı və dözülməz həddə çatmışdır! 
    Düşünürük ki, AR-da bərabərhüquqlu vətəndaş cəmiyyəti quruculuğu naminə,  milli münasibətlər isteblişmentində yaranmış nöqsanları aradan qaldırmaq zərurəti yaranmışdır! Eləcə də, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, ölkə vətəndaşlarının bütün təbəqələrini özündə birləşdirə biləcək, proqmatik, ünsiyyətcil, əsl demokratik və sivil dünya dəyərlərinə sadiq, daha müasir bir partiyaya ehtiyac yaranmışdır! 
   Azərbaycan vətəndaşları olaraq, vətənimizi iqtisadi, mədəni, intellekt, eləcə də vətəndaş hüquq və azadlıqlarının qorunması prizmasından dünyanın qabaqcıl, mədəni, azad və demokratik ölkələri sırasına qovuşması üçün, AR Dövlət Konstitusiyasının 58-ci maddəsinə əsaslanaraq, Azərbaycan Xalqlarının Demokratik Partiyasını (AXDP) yaratmaq qərarına gəlmişik!

AXDP-nın əsas vəzifələri
Azərbaycan Xalqlarının Demokratik Partiyası (AXDP) Azərbaycan Respublikasında vətəndaşlarının maddi, sosial, mənəvi, mədəni, səhiyyə, təhsil, eləcə də ləyaqətli özünüifadə sahələrində rifah halının yüksəldilməsi, onların layiq olduqları firəvan, təhlükəsiz həyat şəraitlərinə qovuşdurması naminə, ciddi islahatlar aparılmasına ehtiyac olduğunu bildirir!  “İnsan amili” rolunun yüksəldilməsi, qürurlu, şəxsiyyətli və ləyaqətli, eləcə də iqtisadi cəhətdən zəngin  vətənaş cəmiyyətinin formalaşması Dövlətin başlıca vəzifəsi sayılmalıdır. AXDP Azərbaycan cəmiyyətinin ən qiymətli sərvətini  ölkə vətəndaşlarını hesab edir. Məhz, vətəndaşlarının ləyaqətli yaşam tərzlərinin təmin olunması naminə, AXDP AR-da iqtisadi, sosial, təhsil, səhiyyə, mədəniyyət, aqrar sənaye və kənd təsərrüfatı, siyasi idarəetmə, milli məsələ sahələrində təxirəsalınmaz islahatların başlanılmasını vacib sayır!
   İqtisadi sahədə  -  təkəlçiliyə, oliqarxçılığa, korrupsiyaya dərhal son qoyulmalır! Azad bazar rəqabəti bərpa olunmalıdır! Orta və kiçik sahibkarlığın inkişafına, geniş vüsət almasına şəraitin yaradılması ölkədə işsizlik probleminin həll olunmasına və istehasal olunan məhsulların qiymətlərinin aşağı düşməsinə əhəmiyyətli dərəcədə kömək edəcəkdir! Ölkə iqtisadiyyatının təbii resurslardan asılılığı minimuma endirilməlidir! Təbii resurslardan əldə olunan gəlirlərin əhəmiyyətli hissəsi praporsional şəkildə AR vətəndaşları arasında bölünməlidir! Əməyin məhsuldarlığını, istehsal olunan əmtəənin keyfiyyətini, istehsalın səmərəliliyini mütərəqqi dünya standartları səviyyəsinə yüksəltmək lazımdır! İqtisadiyyatda elmi-texniki tərəqqinin, innovasiya və elektron texnologiyasının nailiyyətlərindən maksimum istifadə olunmalıdır!
   Sosial sahədə - AR vətəndaşlarının yüksək təminatlı həyat şəraitləri naminə, işsizlik probleminin həll edilməli, iş yerlərini itirən insanlara isə, yeni iş yerləri ilə təmin olunana qədər, ailəsinin minimum yaşayış xərcləri həcmində, bəhanəsiz və problemsiz olaraq, sosial yardımlar ödənilməlidir! Ölkənin təbii sərvətlərindən gələn gəlirlər hesabına vətəndaşların kommunal – qaz, işıq və su xərcləri simvolik məbləğlərə qədər endirilməlidir!
   Təhsil sahəsi – Ölkənin gələcəyi olan gənc nəslə dünya standartları səviyyəsində, yüksək keyfiyyətlərə malik, pulsuz təhsil verilməlidir! Təhsildə şablon əzbərçiliyə deyil, analitik təhlil və dərin düşüncə prinsiplərinə üstünlük verilməlidir!
   Səhiyyə - Coğrafi relyefindən və şəraitindən asılı olmayaraq, ölkəmizin bütün yaşayış məntəqələrində hər cür şəraitə malik səhiyyə ocaqları – xəstəxanalar, diaqnostika mərkəzləri, tibb məntəqələri inşa edilməli və müasir tibbi avadanlıqlarla təmin olunmalıdır!  Səhiyyə sahəsində ən ümdə məsələ, hər bir Azərbaycan Respublikası vətəndaşının tibbi sığorta xidməti ilə,  təmin olunmasıdır! 
   Mədəniyyət – Gənc nəslin kütləvi surətdə iri şəhərlərə axınının qarşısını nisbətən almaq, kəndə bağlamaq üçün, sosial-məişət, səhiyyə və digər vacib xidmət sahələrinin keyfiyyətini yüksək səviyyəyə qaldırmaq lazımdır! Bununla yanaşı, gənclərin asudə vaxtlarının maraqlı və mənalı keçirilməsi üçün, idmana və mədəni-kütləvi tədbirlərin keçirilməsinə Dövlət qayğısı vacibdir!  Bu sahədə daha müasir idman meydançalarının, klubların, mədəniyyət evlərinin və digər əyləncə mərkəzlərinin işini yenidən qurmaq zərurəti yaranmışdır! 
   Aqrar sənaye və kənd təsərrüfatı – Ölkə əhalisini təbii ərzaq, geni modifikasiya edilməmiş, keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təchiz etmək üçün, regionlarda fermer təsərrüfatlarının, yerli aqrar sənaye müəssisələrinin yaradılmasına, ciddi ehtiyac vardır. Onların rentabelli işləmələrinə, faizsiz bank kreditlərinin, subsidiyaların ayırılmasına, hasil olunmuş məhsulların realizasiyasına, ən yaxın məsafələrdə təchizat və tədarük məntəqələrinin tikilməsinə  hər cür Dövlət dəstəyi göstərilməlidir! 
   Siyasi idarəetmə sahəsi – Azərbaycan Respublikasında  səmərəli idarəetmə baxımından hazırkı yerli və rayon İcra Hakimiyyətləri strukturlarının fəaliyyətləri özlərini doğrulmur! Bu idarəetmə institutları məmurlarda  inzibati amiranəlik, bürokratiya, əngəlləmələr, eləcə də passivlik və arxayınçılıq kimi, neqativ keyfiyyətləri özündə ehtiva etməklə, cəmiyyəti geriliyə, tənəzzülə doğru apardığından, bunlardan imtina olunmalıdır!   Dünyanın inkişaf etmiş, sivil ölkələrinin təcrübəsinə əsaslanaraq, AR-da ədalətli və demokratik Xalq Hakimiyyətini bərqərar etmək üçün, ölkə müvafiq olaraq, iqtisadi və milli-iqtisadi regionlara (vilayətlərə) bölünməlidir. Bütün bunları həyata keçirtmək üçün, aşağıdakı institular formal-passiv  seyretmədən real-aktiv, əməli fəaliyyətə keçməlidirlər:
1. Ədalətli və obyektiv seçki sistemi yaratmaq.
2. Yerlərdə hakimiyyətin real olaraq, bələdiyyələrə təhvil verilməsi.
3. Regional (vilayət) parlamentlərinə seçkilərin keçirilməsi.
4. Regionların (vilayətlərin)  inkişafı ilə bağlı, büdcəyə yığılan vergi vəsaitlərinin  50 faizini yerli bələdiyyələrin hesabında saxlamaq.
    Milli məsələ - Mili məsələni hər bir çoxmillətli ölkənin onurğa sütunu adlandırsaq, səhv etmərik. Yəni, bu sahədə Hakimiyyətin yürütdüyü siyasətdə hər hansı formalizmə, ögeyçiliyə, ayrıseçkiliyə yol verilərsə, həmin ölkə gec-tez süquta məhkum olacaqdır! Bildiyimiz kimi, Azərbaycan Respublikası da etnik tərkibinə görə, çoxmillətli ölkədir! Təəssüflər olsun ki, ölkəmizdə milli münasibətlərin həlli istiqamətində AR-nın müstəqilliyinin ilk günlərindən indiyə kimi,  “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı üçün dövlət yardımı haqqında” Azərbaycan Respublika Prezidentinin məlum, 16 sentyabr 1992-ci il tarixli, 212 saylı fərmanından başqa, əməli olaraq, heç bir hüquqi sənəd qəbul edilməmişdir! Ən ağrılısı odur ki, Hakimiyyət indiyə kimi, həmin Fərmandan irəli gələn bəndlərin heç birini yerinə yetirməmişdir! AXDP hesab edir ki, AR Hakimiyyəti ölkədə milli münasibətlərin sivil məcrada həlli istiqamətində təcili olaraq, mütərəqqi islahatlara başlamalıdır! Vətəndaşların ləyaqətli və qürurlu milliözünüifadələri naminə, AR Hakimiyyəti təxirəsalınmaz Dövlət Proqramı və Milli Məclis müvafiq Qanun qəbul etməlidir! Həmin Proqram və Qanuna əsasən, AR-da vətəndaşların milli tərkibini, sayını dəqiqliklə müəyyənləşdirmək üçün, Referendum keçirilməlidir! Keçiriləcək referendumun nəticələrinə əsasən, regionların milli tərkibini müəyyənləşdirmək və müvafiq olaraq, həmin regionları a) iqtisadi region,  b) milli-iqtisadi region və ya vilayətlərə bölmək lazımdır! Milli-iqtisadi region-vilayətlərin bələdiyyələri və parlamentləri müvafiq olaraq, yerli xalqların ləyaqətli milliözünüifadələri naminə, onların dil və mədəniyyətlərinin, adət və ənənələrinin, milli-mental irslərinin və digər milli-mənəvi dəyərlər sisteminin inkişafına, təşviqinə, təbliğinə diqqət yetirməli və bu istiqamətdə fəaliyyət göstərmələrinə maksimum şərait yaratmalıdırlar! Əlbəttə ki, bura ana dilində təhsil, teatr, mətbuat, radio və televiziya, filarmoniya, konservatoriya və digər özünüifadə institutları və təsisatları da aiddir!
   AXDP ölkəmizin xoşbəxt gələcəyi, dünyanın inkişaf etmiş sivil, demokratik ölkələri sıralarında yerini tutmaq üçün, qısa tezislər şəklində təklif etdiyi Məramnamə- Proqramını təsis qurultayından sonra, bütün infrastrukturlar üzrə, daha geniş və əhatəli şəkildə partiya üzvlərinə və  Azərbaycan Respublikası vətəndaşlarına təqdim edəcəkdir!
Category: XƏBƏRLƏR | Views: 82 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar