search
menu
person

NEWS AND UDATES


22:06
"Azərbaycan Xalqlarının Rifahi Partiyası"nın Təşəbbüs Qrupunnun  BƏYANATI
                          "Azərbaycan Xalqlarının Rifahi Partiyası"nın Təşəbbüs Qrupunnun 

                                                                          BƏYANATI

02 yanvar 2019-cu ildə Bakı şəhərində "Azərbaycan Xalqlarının Rifahi Partiyası"nın yaradılması istiqamətində 7 nəfərdən ibarət Təşəbbüs Qrupunnun toplantısı keçirilmişdir
Təşəbbüs qrupu bəyan edir ki, Azərbaycan Respublikasında çoxsaylı partiyaların olmasına baxmayaraq, bu partiyalardan heç birinin məramnaməsində Azərbaycandakı bütün xalqların, öz mədəniyyətlərini, adət-ənənələrini yaşatmaqla, firəvan və rifah halında birgəyaşayışını prioritet kimi tutan bənd və ya müddəa yoxdur., Təşəbbüs qrupu hesab edir ki, Azərbaycandakı indiki durumda - millətlər arası nifaq salmaq istiqamətindəki ultra millətçi, şovenist çıxışların artdığı bir dövrdə həmin çıxışların təsirini heçə endirmək zorunda olan və Azərbaycandakı xalqların manafeyini qoruya biləcək yeni bir siyasi qüvvəyə - partiyaya ehtiyac vardır.  Təşəbbus qrupu Azərbaycanın gələcək rifahının məhz Azərbaycanda yaşayan bütün xalqların Konstitusion hüquq və azadlıqlarının qorunmasında görən bütün vətənpərvər vətəndaşları "Azərbaycan Xalqlarının Rifahi Partiyası"na üzv olmağa dəvət etməklə, ."Azərbaycan Xalqlarının Rifahi Partiyası"nın yaradıldığını 

                                                                                     BƏYAN EDİR!

Təşəbbüs qrupunun üzvləri:
Seyidəmir Məmmədov sədr
Sabir Hüseynov katib
Əlimərdan Şükürov üzv
Elman Məmmədov üzv
Mehdibəy Səfərov üzv
Mirtəği Nəsirov üzv
Rafiq Cəlilov üzv

Bakı şəhəri, 

02 Yanvar 2019- cu il
Категория: XƏBƏRLƏR | Просмотров: 154 | Добавил: tmmrtalish | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
https://www.accuweather.com/az/az/lankaran/29090/daily-weather-forecast/29090