search
menu
person

NEWS AND UDATES


17:46
Azərbaycanda hər ad altında gəzmək olar  ,Talış addan başqa ! Talışlar hamısı həbsdədirmi ?...
        Azərbaycanda hər ad altında gəzmək olar  ,Talış addan başqa ! Talışlar hamısı həbsdədirmi ?...


 




Bu gündən, 101 ilə qədər əvvəl, özlərinin dediyi kimi, yoxdan bir dövləti, cəmi 26 nəfərin elan edildiyi bir ölkə var, hazırda rəsmi adı Azərbaycan Respublikasıdır. Biz Talışlardan da zəhmət çəkib soruşmadan, əbədi Vətənimiz Talışstanla birlikdə, xoşla-zorla bu ölkənin tərkibinə dürtmüşlər! Biz də sadəlöhvcəsinə onu özümüzə vətən sayıb, onun müstəqilliyi, azadlığı naminə, ərazi bütövlüyü naminə vuruşub, döyüşüb, Şəhidlər də vermişik!  Bəs əvəzində…..
 Heç nə…! Ancaq qul olmaq, müti nökər olmaq tələbi ilə üz-üzə qoyulmuşuq! Nə bada özünüzə, bir Talış kimi, bir haqq-hüquq istəyəsiniz?!... Anidən hansısa,  məcburən yaşamağıınıza yurd edilən bir vətənin xaininə çevrilər, hələ bir xidmətində olduğunuz səbəbindən, şəhidliyə ucalanlarınızla, sizləri qınamağa da cəhd edəcəklər! Heç xəcalət çəkib bir özlərinə sual da vermirlər ki, o şəhidləri dunyaya gətirib, ərsəyə çatdıran, şəhidliyə göndərən Xalqın varlığı naminə, dilinin qorunmasına, yaşamına əvəzlər də verilməlidir! Birlikdə qurduğumuz bir dövlətin imkan və resurslarından Talışın da Talış kimi yaşamına maddi-mənəvi dəstək verilməlidir! Verilmir...cəhənəmə verilsin! Heç olmazsa dəyməsinlər, imkan versinlər, dostumuzu da, düşmənimizi də özümüz seçək, müəyyənləşdirək, axı...Allahımız bu ağılı, haqqı bizə də verib!...
     Talışların da az olmadığı Bakı şəhərinin mərkəzində, Nizami küçəsində, bir-neçə Talış  gənci, öz milli adları yazılan köynəklərlə gəzintiyə çıxanda, həbs edilir, Bakının Səbayıl rayonunun  9 saylı  polis idarəsinə məcburən aparılaraq, peşmançılıq ifadəsi alınaraq, buraxılmışlar! Bu da, adımıza, Talışa qoyulan vətənin, dövlətin qadağası!
 Bizik bu vətənin xaini, yaxud, bu, bizə vətən edilən məmləkətdir, biz Talışlara xain!
 Bıjiyo Tolış!... Iştən bəştə xıvand bıbi!





tolishstan.com 
Category: TALİSH | Views: 292 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $