search
menu
person

NEWS AND UDATES


22:05
Azərbaycandan 80 milyard pul çıxarılıb – Sensasion iddia

Azərbaycandan 80 milyard pul çıxarılıb – Sensasion iddia


Azərbaycandan 80 milyard pul çıxarılıb –

Bəzi azərbaycanlı məmur və nazirlərin dövlət büdcəsindən mənimsədiyi milyonları, milyardları xaricə daşıması, orada mülklər alması barədə dəfələrlə mətbuatda və sosial şəbəkələrdə informasiyalar yayılır. 

“Yeni Sabah” xəbər verir ki, ölkədən çıxarılan pulların Azərbaycana iqtisadiyyatına vurduğu zərəri şərh edən iqtisadçı Natiq Cəfərli “Hürriyyət”ə açıqlamasıbda bildirib ki, Azərbaycan iqtisadiyyatına investiyaların yatırılmaması tək pulun oğurlanması ilə əlaqədar deyil: 

“Azərbaycanda investiyasiya mühiti ilə bağlı problemin olmasıdır. Qanunsuzluq mühitinin hakim olmasıdır ki, məhkəmələr müstəqil deyil, mülkiyyət hüququ qorunmur, investisiyalar üçün normal şərait yoxdur. Yəni Azərbaycanda bunlar olmamalıdır ki, Azərbaycandan çıxarılan milyardların da yatırım kimi istifadəsi haqqında bir fikir bildirmək mümkün olsun. 

Təbii ki, söhbət milyardlarla vəsaitin illər ərzində Azərbaycandan çıxarılıb xaricə yatırılmasından gedir. O milyardlar ölkədə qalsaydı, ölkədəki həyat səviyyəsi indkindən qat-qat yaxşı olardı, iş yerlərinin sayı artmış olardı, istehsal sahələri genişlənərdi. Yəni kifayət qədər Azərbaycan iqtisadiyyatında dinamik inkişafa səbəb ola biləcək yatırımlara çevilə bilərdilər.

Amma Azərbaycanda bu şərait yoxdur. Nə qədər ki, şərait yoxdur, Azərbaycandan günü bu gün də vəsait çıxır, sabah da çıxacaq. Çünki Azərbaycanda yatırım üçün imkanlar yoxdur. Hətta məmurları, böyük korrupsionerləri bir kənara qoyun, orta sinfə aid vətəndaşlar belə Azərbaycana yatırım etmək istəmirlər. Ona görə də Türkiyədə və Gürcüstanda daşınmaz əmlak bazarında ilk onluqda azərbaycanlılar var. Hətta Gürcüstanda ilk beşliyə düşüblər. Yəni onlar Azərbaycandan qazandıqları pula nəinki Azərbyacanda iş qurmağa, Gürcüstanda və yaxud Türkiyədə daşınmaz əmlak almağa daha çox üstünlük verirlər ”.

“Məlumata görə, 1994-ci ildən bəri Azərbaycan neft satşından 150-200 milyard pul qazanıb. Bu pulların nə qədəri təxminən xaricə daşınmış ola bilər” sualına Cəfərli belə cavab verib: “Təbii ki, dəqiq rəqəm söyləmək çətindir. Bir misal desək, bunu oxucular da anlamış olar. Məsələn, Rusiya ilə bağlı belə hesablamalar aparılıb. Müstəqillik qazanandan bu günə qədər Rusiyadan 1 trilyon 200 milyard dollar, yəni bügünkü ölkə büdcəsinin 3 qatı çıxarılıb. 

Azərbaycanda da buna bənzər iqtisadi və siyasi sistem olduğunu və indki büdcənin 12-13 milyard dollar olduğunu nəzərə alsaq, bunun 3-4 qatı qədər vəsaitin Azərbaycandan çıxarılması ehtimalı çox yüksəkdir. Yəni söhbət 50-80 milyard arasındakı bir vəsaitdən gedir ki, bu da çox böyük bir vəsaitdir. Əgər həmin vəsait Neft Fondunda, yaxud Mərkəzi Bankın ehtiyatlarında qalsaydı, indi Azərbaycan artıq inkişaf etməkdə olan ölkə deyil, inkişaf etmiş ölkələr sırasına daxil ola bilərdi. Azərbaycan Şərqi Avropa, Baltikyanı ölkələr səviyyəsinə qədər inkişaf etmiş olardı”.

N. Cəfərli həmin pulların ölkəyə qaytarılmasının çox çətin olduğunu deyir: “Bəzi müxalif siyasətçilər də hərdən buna bənzər bəyanatlar verir. Amma bunun hüquqi mexanizmləri və geri qayıtma üsulları həddindən artıq çətindir. Demirəm, mümkün deyil. Mümkün variantlar var. Bu da Azərbaycanda gələcəkdə qurulacaq sistmin dünya tərəfindən nə qədər bəyənilməsindən, dəstəklənməsindən asılı olacaq. Əgər belə bir sistem qurula bilsə, müxtəlif hüquqi yollarla ən azından vəsaitin bir hissəsinin ölkəyə qaytarılması mümkün ola bilər”.

Category: XƏBƏRLƏR | Views: 76 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $