search
menu
person

NEWS AND UDATES


21:53
Azərbaycanın başına gələn bütün müsibətlərin səbəbkarı Türkiyədir

Azərbaycanın başına gələn bütün müsibətlərin səbəbkarı Türkiyədir.

Osmanlı dövləti ilə Antanta dövlətləri arasında 10 Avqust 1920-ci ildə imzalanan Sevr müqaviləsinin 88-93-cü maddələrinə görə Osmanlı dövləti Ermənistan dövlətini tanıyacaq və Ermənistan dövləti qurulacaqdı. Yeni qurulmuş Ermənistan dövlətinin ərazilərini isə 1-ci dünya müharibəsində Osmanlı ilə döyüşə girməmiş ABŞ, hakim kimi təyin edəcəkdi. Bununla bağlı ABŞ prezidenti Wilson 22 noyabr 1920-ci ildə verdiyi qərarla Trabzon, Ərzurum, Van və Bitlis bölgələrini Ermənistana verdi. Lakin Osmanlı dövləti bu qərardan daha tez tərpənərək Azərbaycan Demokratik Cümhuriyyətinin üzərindəki yüksək təsir gücü ilə təzyiq göstərərək Müsavat hökümətini İrəvan və ətraf ərazilərin Ermənistana verilməsinə və bu ərazilərdə Ermənistan dövlətinin qurulmasına razı salmışdı. Buna qədər isə Şərqi Anadoluda yaşayan minlərlə ermənini öz yurdlarından İrəvan quberniyasına köçməyə məcbur etmişdi. Bu köçlərdən sonra İrəvan quberniyasında ermənilərin nüfusu 18%-dən 56%-ə qalxmışdı. Bu kimi halların nəticəsi olaraq Ermənistan dövləti şərqi Anadoluda yox Azərbaycan ərazilərində yaradıldı və günümüzə qədər davam edən erməni problemi Azərbaycanın üstünə atıldı...

Daha ətraflı araşdırma aparmaq istəyənlər bu ⬇️ linkə daxil ola bilərlər:

https://youtu.be/sI9evZ-IyZg

Türkiyənin Azərbaycanda Ermənistan dövlətini qurması az imiş kimi, qısa müddət sonra Azərbaycanı çox ucuz məbləğə bolşeviklərə satdı. Bu haqda da ətraflı araşdırma aparmaq istəyənlər ⬇️yerləşdirdiyimiz linkə daxil ola bilərlər:

https://youtu.be/-A_9dbpmE-A

Azərbaycan yenidən 1990-cı illərdə öz müstəqilliyini əldə etdikdən sonra Osmanlının başımıza müsəllət etdiyi Ermənistan problemi ilə üz-üzə qaldı. Həm SSRİ qarşısında azadlıq mübarizəsi verdiyi, həm Qarabağda baş qaldırmış separatçı erməni qüvvələri ilə üz-üzə qaldığı bir zamanda Türkiyədən ikinci "kardeş şilləsi" yedi. Türkiyə höküməti Erməniləri silahlandırmağa başlamışdı. Bu haqda Türkiyə dövlət rəsmilərinin açıqlamaları mövcuddur. Buyurub baxa bilərsiniz⬇️:

https://youtu.be/7wy2g65Kxu8

Yardımlar silahlarla məhdudlaşmırdı. Türkiyə rəsmiləri Ermənilərə buğda və elektrik kimi yardımlar da göstərirdilər. Nəcməddin Ərbakan Azərbaycana səfəri ərəfəsindəki çıxışında bu məsələlərə toxunmuşdur. Linkə ⬇️ daxil olaraq həmin çıxışı izləyə bilərsiniz:

https://youtu.be/dpXqWEtyViY

Bundan əlavə günümüzün ən aktual məsələlərindən olan Türkiyənin bizə görə Ermənilərlə sərhədlərini bağlaması məsələsinə qısa olaraq toxunmaq istərdik.

Türkiyə beynəlxalq rəsmi statistik göstəricilərə əsasən Ermənistanla iqtisadi əlaqələrinə görə 4-cü pillədə qərarlaşıb ➡️(https://tradingeconomics.com/armenia/imports-by-country).
Rəsmi 100 min ➡️(https://youtu.be/ADp11i2JM9c), qeyri-rəsmi 100 minlərlə Türkiyədə yaşayan ermənilər bugün istədikləri şəkildə toplaşır, hətta mitinqlər edilər ➡️(https://youtu.be/y84uVW_h6oE). Amma bizə gəlincə bayrağımız tapdanır, hörmətsizlik olunur ➡️(https://youtu.be/v3lpk3d9hC4).
Azərbaycan dilində bircə məktəbin belə olmadığı Türkiyədə ermənilərin onlarla məktəb və kollecləri də mövcuddur➡️(https://youtu.be/JNrI5M7WWqQ).

Yekun olaraq sonda bunu qeyd edək ki, tarixin heç bir dövründə "kardeş ölkə" adlı bir termin mövcud olmamış və siyasət meydanında belə bir ləfzdən istifadə olunmamışdır.

Bugün "kardeş ölkə" adı altında Azərbaycan qadını istismar olunur.

Bugün "kardeş ölkə" adı altında Azərbaycanın nefti daşınır və sərvətləri Türkiyə tərəfindən talanır.

Bugün "kardeş ölkə" adı altında yalnız və yalnız Azərbaycan ərazilərinin Türkiyəyə ütopik Turan ideologiyası vasitəsilə ilhaqı nəzərdə tutulub.

Həqiqətləri axtararaq yaşayanlar üçün...

tolishstan.com

Category: XƏBƏRLƏR | Views: 80 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $