search
menu
person

NEWS AND UDATES


11:00
Azərbaycanın  və Talış xalqının dəyərli, hörmətli və qəhrəman oğlu ƏLəkrəm Hümmətov ilə müsahibə
     Azərbaycanın  və Talış xalqının dəyərli, hörmətli və qəhrəman oğlu ƏLəkrəm Hümmətov ilə müsahibə 

Ələkrəm Ələkbər oğlu Hümmətov 1948-ci ildə Lerikdə anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirmiş, daha sonra Lənkəranda avtonəqliyyat müəssisəsinin direktor müavini işləmişdir.
Azərbaycan Xalq Cəbhəsinin təsisçilərindən biri və idarə heyətinin üzvü olmuşdur. Onun təşəbbüsü ilə AXC-nin Lənkəran şöbəsi, talışların kompakt yaşadığı 7 rayona muxtariyyət verilmə iddiası qaldırmışdır. 1990-cı ildə Azərbaycanda anti-Sovet etirazları zamanı yanvar ayında Lənkəranda əsl xalq hakimiyyətini formalaşdırmış və bu hakimiyyət Lənkəranı 10 gün idarə etmişdi. 1990-cı ilin avqustundan 1991-ci ilin dekabrına kimi Azərbaycan Sosial Demokrat Partiyasının üzvü olub.
Ələkram Hümmətov 1993-cü ilin avqustunda Talış Muğam Muxtar Respublikanın Prezidenti seçilir, amma çox çəkmir ki, Azərbaycan hakimiyyəti Lənkərana qoşun yeridir. 1993-cü ilin dekabır ayında Ələkram Hümmətov "qeyri-qanuni silahlı hərbi birləşmə yaratma" maddəsi ilə həbs edilir və Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 fevral 1996-cı il tarixli hökmü ilə barəsində, sonradan "ömürlük həbs"ə dəyişdirilmiş ölüm hökmü çıxarılır. Avropa Şurasının, insan hüquq və azadlığı təşkilatlarının təzyiqi ilə Azərbaycan Respublikasının Prezidentinin 3 sentyabr 2004-cü il tarixli 119 nömrəli Fərmanı ilə əfv olunur. 11 il Azərbaycan Resbublikasının həbsxanalarında məhkum həyatı yaşayıb. 

                                                          MUXTARİYYƏTƏTİN YARANMA  TARİXİ

- Salam Azərbaycan və Talış xalqının dəyərli, hörmətli və qəhrəman oğlu ƏLəkrəm Hümmətov, necəsiniz ? 

- Çox sağ olun,  var olun, yaxşıyıq. Nə qədər ki, Talış yaşayır, talış yaxşıdır - demək mən də yaxşıyam .
- Azərbaycan  Xalqlarının  Bərabərliyi  Partiyasının (AXBP) o vaxtı sizinlə nə  kimi əlaqələri var idi?
- O vaxtı, yəni 1991-ci ildə partiyanın bir qurup nümayəndələri mənim  yanıma gəlmişdilər, onlardan Hilal Məmmədov, Mirtağı Nəsirov, Murvət Qurbanov və digərləri partiyaya dəstək olmağımı istədilər. Bəzi məsələləri danışandan sonra  onlara bəzi təklif və töhfsiyələrimi verdim. Onlara təklif etdim ki, millətlə işləyin, onları bu  prosesə hazırlayın. Razılaşdılar,   xalqnan işləməyi boynlarına götürdülər və məndən ayrıldılar.

- Hərbidə sizə qarşı sui-qəsd olmuşdu, bunun kimlər tərəfindən və hansı səbəblə edildiyini bilirsinizmi?  

- Bəli, mənə qarşı müxtəlif yerlərdə dörd dəfə sui-qəsd etməyə çalışdılar,  amma heç biri  baş tutmadı. Bu barədə müxtəlif yerlərdə danışmışam və demişəm. Cəbhə bölgəsində mənim avtamobilima partlayıcı maddə qoymuşdular, son anda mənim əskərim Muruvət Qurbanov tərfindən xilas olundum. Bu tip hadisələr həmişə olub və olacaq da, ona görə də heç narahat deyiləm, əgər kimlərsə vəzifə və kılan davasını aparırlarsasa - demək ki, bizə qarşı edilmiş belə sui qəsd məsələlərini normal hal kimi qəbul etmək lazımdır. 
- Bu yaxınlarda Rəhim Qazıyev sizin haqqınızda bəzi məlumatlar vermişdi, bu haqda nə deyə bilərsiniz? 
- Bəli, Rəhim bəyin dedikləri tam həqiqətdir. Demək o zaman Rəhim bəyin istəyi ilə məni Bakıya, Müdafiə Nazirliyinə, nazirin müavini vəzifəsinə dəvət etdilər. Mən ilk zamanlar bu  təklifi qəbul etmədim, sonralar Rəhim bəy özü şəxsən Lənkərana gəldi və bizim onunla bu barədə müzakirələrimiz oldu. Rəhim bəy bu barədə çox yerlərdə danışıb. Nəticədə məni Müdafiə Nazirliyinə apardı və mən orda Ordumuzun güclənməsi istiqamətində xidmətimə davam  etdim. 

- Rəhim bəy çıxışında dövlət tərəfindən sizə verilmiş evi hansısa qaçqın və ya şəhid ailəsinə verməyiniz barədə də danışır, bu doğrudurmu? 

- Bəli, doğrudur, amma istəmirəm bu barədə geniş, izahlı danışım. Bircə onu deyə bilərəm ki, biz əlimizdən gələni etdik.

- Sürət Hüseynov barəsində nə deyə bilərsiniz? 

- Mən Sürət Hüseynovla birinci dəfə döyüş bölgəsində görüşmüşəm. İkinci görüşümüz 19 iyunda, Gəncədə olub.  Bizim görüşümüz çox uzun  çəkdi. Mən Sürət bəyə Heydər Əliyevin 1969-cu ildən Azərbaycanda apardığı siyasətin,  onun   məqsədinin barəsində, lap incə detallarına qədər izah etməyə çalışdım. Ona Heydər Əliyevin hakimiyyətə  gələcəyi təqdirdə bu ölkənin hansı günə qalacağını da demişdim. Sürət bəy bizimlə razılaşdı və mənə söz verdi ki, Heydər Əliyevnən heç bir danışığa getməyəcək. Bizim görüşümüz və apardığımız müzakirə haradasa 12 saata qədər davam etdi.  Sürət bəylə razılaşdıq ki, Sürət Gəncədən, mən də Lənkərandan Heydər Əliyevə təzyiq göstərməknən, onu Naxçıvana yola salaq. Ümumi razılığımız bu olmuşdu. Yekunda mən Sürət bəyə dedim: əgər siz Bakıya baş nazir kimi belə getsəniz, bizim yollarımız ayrılacaq. 20 iyunda mən Talışıstana, Lənkərana qayıtdım. Üstündən bir gün keçmiş, yəni 21 iyunda Aypara Əliyev  mənimlə əlaqə saxladı və mənə bildirdi ki, Sürət Huseynov Heydər Əliyevnən razılaşıb və Bakıya Baş nazir postuna gedir.  

(Ardı var)


Ruslan Almaszada 
Category: TMH XABAR | Views: 304 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $