search
menu
person

NEWS AND UDATES


21:16
B.Britaniyanın XİN-i: "Bakıda heç kimə rüşvət verməyin" - Azarkeşlərə sərt çağırış

B.Britaniyanın XİN-i: "Bakıda heç kimə rüşvət verməyin" - Azarkeşlərə sərt çağırış


İngiltərənin Xarici İşlər Nazirliyi final üçün Bakıya gələcək vətəndaşlarını xəbərdar edib: 

Offsideplus.az "Talksport.com"a istinadən xəbər verir ki, qurum vətəndaşlarını Bakıda çox ehtiyatlı olmağa çağırıb.

"Final oyunu ərəfəsində insanların sıx toplaşdığı yerlərdə, bar və "pub"ların qarşısında, otellərdə dinc insanlara qarşı terror aktları törədilə bilər. Ona görə də ehtiyatlı olun.

Bakıda cinayətkarlıqla mübarizənin səviyyesi çox aşağıdır. Siz şəhərin mərkəzində, barların yaxınlığında, gecə klublarında soyğuna məruz qala bilərsiniz. Ona görə də, az işıqlandırılmış yerlərdə, qaranlıq küçələrdə, bar və gecə klublarının ətrafında tək gəzməyin, üzərinizdə çox pul gəzdirməyin. Çalışın heç kimə rüşvət verməyin."

Category: XƏBƏRLƏR | Views: 41 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar