Ermənilər Azərbaycan ərazisində muxtar respublika yarada bilərlər - Ziyafət Əsgərov
"Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik".
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O qeyd edib ki, ermənilər özlərinə bir dövlət yaradıb, artıq ikincisini yaratmaq arzusundadırlar: "Azərbaycanın ərazisi daxilində Muxtar Respublika statusunda yarada bilərlər. Yalnız Azərbaycanın ərazi çərçivəsində onlara hansısa muxtariyyət verməkdən söhbət gedə bilər".
tolishstan.com |