19:11
Bakı apellyasiya məhkəməsində iyün ayının 23 də keçirilən məhkəmə şousunda, saxta ittihamlarla, ıbtidai "məhkəmə" instansiyasında 7 il azadl

Tərəqqipərvər dünya ictimaiyyətinə,
Azərbaycan Respublikası hakimiyyətinin Qanunlar adından, növbəti cinayəti barədə.
Bakı apellyasiya məhkəməsində iyün ayının 23 də keçirilən məhkəmə şousunda, saxta ittihamlarla, ıbtidai "məhkəmə" instansiyasında 7 il azadlıqdan məhrum edilmiş Aslan Qurbanovun ilkin "məhkəmə" qərarı qüvvədə saxlanıldı.
Apellyasiya məhkəməsinin bu qərarı, Azərbaycanda məhkəmə sisteminin olmadığını bir daha, yenidən təstiq etdi.
Məlumat üçün bildirmək istəyirik ki,
Aslan Qurbanov sadəcə sosial şəbəkələrdə bir-neçə kiçik həcmli status-məqalə yazdığına görə həbs edilib.
Azərbaycan xalqına mənsub əmlak və sərvətlərini talayan, rüşvət-korrupsiyaya uğraşan məmurlar nəyə görə məsuliyyətə cəlb olunmurlar?
Bu sualın bir cavabı var: İlham Əliyev özü bu talançılara şərait yaradır və onlara başçılıq edir...
Məhz buna görə də dövlət qanunlarla deyil, bir tayfanın istəyi ilə idarə olunur.
İnsan haqları kobud surətdə pozulması ilə bərabər söz ,mətbuat azadlığı tamamən məhv edilib. Biz, Azərbaycanda baş vermiş bu növbəti haqsızlıqlara bütün Beynəlxalq təşkilatların, Dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün bütün mövcud vəsaitlərdən istifadə edəcəyik!
Aslan Qurbanovu həbs etməklə, Azərbaycan iqtidarı, respublikada etnik təmizləmə apardığını, əsasən oyanan və özünə milli haqqlar tanınmasına cəhd edən Talış gəncliyinə qorxu, xofu təlqin etməsinə, daha bir növbəti sübutdur.
Ağır epilepsiya, ürək xəstəsi olan Aslan Qurbanov dərhal azadlığa buraxılmalıdır. Azadlıq onun haqqıdır, bunu tam qətiyyətlə tələb edirik!


Talış Muğan Muxtar Respublikasının Mühacir hökümətinin İnsan haqları Komisiyası.



 
Category: TMMR-nın Xəbərlər | Views: 101 | Added by: tmmrtalish | Tags: Talış Muğan Muxtar Respublikasının | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: