search
menu
person

NEWS AND UDATES


17:55
Bakı yaşam keyfiyyətli 150 şəhər sırasına daxil deyil-Beynəlxalq Araşdırma
Bakı yaşam keyfiyyətli 150 şəhər sırasına daxil deyil-Beynəlxalq Araşdırma

Bakı yaşam keyfiyyətli 150 şəhər sırasına daxil deyil-Beynəlxalq Araşdırma


Aparıcı Araşdırma firması “Mercer”, dünyanın yaşam keyfiyyətli ən yüksək olan şəhərlərinin reytinq siyahısı açıqlayıb. Siyahıda 5 qitə üzrə 231 şəhər yer alıb.  İlk 150 şəhər sırasında Avstraliyanı Kanberra, Sidney, Melburn, Pert, Uruqvayın Montevideo, Cənubi Afrikanın Durban, Keyptaun, Macarıstanın Budapeşt şəhəri iştirak edib. Ancaq təəssüf doğuran məqam odur ki, paytaxt Bakı dünyanın yaşam keyfiyyətli 150 şəhəri sırasına daxil olmayıb. Qeyd edək ki, Avstriyanın paytaxtı Vyana şəhəri yaşam kriteriyalarına görə, aparılan araşdırmada siyahıya təkrar olaraq liderlik edib. İqtisadiyyat.az xarici mediaya istinadən ilk 10-luqda qərarlaşan şəhərləri təqdim edir.

1.Vyana ( Avstriya)

2.Sürix(İsveçrə)

3.Vankuver(Kanada)

4.Münhen(Almaniya)

5.Auckland(Yeni Zelandiya)

6.Düsseldorf(Almaniya)

7.Frankfurt(Almaniya)

8.Kopehagen(Danimarka)

9.Cenevrə(İsveçrə)

10.Bazel(İsveçrə)

Category: XƏBƏRLƏR | Views: 49 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar