search
menu
person

NEWS AND UDATES


18:04
Bakıda 1-ci qrup əlil özünü və polisi yandırdı

Bakıda 1-ci qrup əlil özünü və polisi yandırdı


Paytaxt ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin səmərəli təşkili, cinayət və cinayətkarlıqla mübarizə çərçivəsində avaraçılıq, dilənçiliklə məşğul olan şəxslərin ictimai təhlükəli əməllərdən çəkindirilməsi məqsədilə polis orqanları tərəfindən mütəmadi profilaktiki tədbirlər həyata keçirilir.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, aparılan təhlil və ümumləşdirmələr göstərir ki, əsasən Yevlax rayonundan olmaqla, ölkənin digər rayonlarından avaraçılıq və dilənçilik məqsədilə Bakı şəhərinə gələn şəxslərin əksəriyyəti cibgirlik, soyğunçuluq əməlləri törədir və ya getdikləri mənzillərdən oğurluqla məşğul olurlar.

Martın 28-də axşam saatlarında növbəti profilaktiki tədbir zamanı dilənçiliklə məşğul olan, 1983-cü il təvəllüdlü, Bakı şəhər sakini, I qrup əlil, əvvəllər məhkum olunmuş Əhliman Məmmədov Nərimanov rayonu Dəmirçizadə küçəsində saxlanılarkən üzərində gəzdirdiyi yanacaqla özünü yandırmağa cəhd göstərib.

Ona ilkin tibbi yardım göstərilərək xəstəxanaya çatdırılıb. Yanğın xəsarətləri alan Ə.Məmmədova tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Ə.Məmmədovun özünəqəsdinin qarşısını alan zaman iki polis əməkdaşı əl nahiyələrindən yanıq xəsarətləri alıblar.

Paytaxtda polis tərəfindən xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir. 
Category: XƏBƏRLƏR | Views: 49 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar