13:04
"Bakıda 30 min Erməni yaşayır ..." - Bakıda olan erməni jurnalist açıqlama verib

"Bakıda 30 min Erməni yaşayır ..." - Bakıda olan erməni jurnalist açıqlama verib

 

 








  


















 


“Görüşlərimizdən birində buna qədər özünü yəhudi kimi təqdim edən şəxslərdən biri təklikdə söhbətimiz zamanı milliyətcə erməni olduğunu etiraf etdi”.

www.tolishstan.com xəbər verir ki, bu açıqlamanı Bakıda səfərdə olmuş erməni jurnalistlərdən biri – Artyom Yerkanyan “Azadlıq radiosu”nun Ermənistan xidmətinə açıqlamasında deyib.

Jurnalist həmçinin, Bakıda 30 min erməni milliyətindən olan şəxsin yaşamasına şübhə edərək, onların sayının dəfələrlə az olduğunu iddia edib.

Xatırladaq ki, “Şant” televiziyasının aparıcısı Artyom Yerkanyan, “Mediamaks” agentliyinin baş redaktoru David Alaverdyan və Dağlıq  Qarabağ “İctimai Televiziyası”nın əməkdaşı Edqar Elbakyan noyabrın 17-21-i tarixlərində Azərbaycana səfər ediblər. Eyni tarixlərdə azərbaycanlı jurnalistlər də Ermənistan və Qarabağda olub.

Category: XƏBƏRLƏR | Views: 276 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: