09:40
Bakıda Qənimətlər Parkından erməni əsgərlərin fiqurları və dəbilqələr götürülüb. FOTO

Bakıda Qənimətlər Parkından erməni əsgərlərin fiqurları və dəbilqələr götürülüb. FOTO

İkinci Qarabağ müharibəsindən sonra Bakıda yaradılan Hərbi Qənimətlər Parkında dəyişikliklər edilib. İndi burada nə erməni əsgərlərin fiqurlarını, nə də “düşmən dəbilqələri” ilə bəzədilmiş xiyabanı görmək mümkündür. Düzdür, əməkdaşımız parkda “unudular” iki dəbilqə ilə rastlaşıb. Ekspert bu dəyişiklikləri pərdəarxası danışıqların nəticəsi adlandırıb.

2020-ci ilin payızında ikinci Qarabağ müharibəsi günlərində qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə aid hərbi texnikanın nümayiş olunduğu Bakıdakı Hərbi Qənimətlər Parkının 2021-ci il aprelin 12-də rəsmi açılışı olub.

Amma parkda erməni əsgərlərinin fiqurlarının, o cümlədən də döyüş meydanında toplanan dəbilqələrlə bəzədilmiş xiyabanın nümayiş olunması həm ölkə daxilində, həm də xaricində birmənalı qarşılanmayıb.



Bu yaxınlarda yerli mediada Hərbi Qənimətlər Parkında erməni əsgərlərin fiqurlarının və dəbilqələrin yoxa çıxdığı haqda məlmat yayılıb. Park əməkdaşları bunu mum fiqurların təmirə ehtiyaclarının olması ilə izah ediblər. dəbilqələrlə bağlı heç bir izahat olmayıb.

Bu gün JAMnews əməkdaşı dəyşiklikləri öz gözləri ilə görmək üçün parka gedib. Parkda fiqurlar olmayıb, bunu fotolardan da görmək mümkündür. “Dəbilqələr xiyabanı” da artıq yerində yoxdur.

Amma improvizə edilmiş “Ermənistan silahlı qüvvələrinin səngərində” əməkdaşımız “atəş nöqtəsində” iki “unudulmuş” dəbilqəyə rast gəlib.

Ekspert rəyi

Son zamanlar tərəflərin açıqlamaq istəmədikləri hadisələr baş verir – siyasi şərhçi Azər Qasımov deyir.

“Hərbi Qənimətlər Parkında erməni əsgərlərin fiqurlarının və dəbilqə xiyabanının artıq olmadığı haqda oktyabrın əvvəlində bəlli olub. Ermənistan mediası bunu BMT Beynəlxalq Məhkəməsində qaldırılmış iddia ilə əlaqələndirdi, amma bu, qətiyyən belə deyil. Məhkəmədə dinləmələr bu günlərdə başlayıb və iddialarla bağlı qərarlar hələ çıxarılmayıb.

Parkdakı dəyişiklikləri şübhəsiz ki fəal şəkildə aparılan pərdəarxası danışıqların nəticəsi kimi izah etmək olar. Elə götürək Ermənistanda hərbi əsir adlandırılan beş diversantın dünən Ermənistana təhvil verilməsini. Müharibədən sonrakı dövrdə ilk dəfədir ki, bu hadisə mübadilə kimi yox, yalnız bir tərəfli qaydada baş verdi. Amma bu, aysberqin ancaq görünən tərəfidir. Biz hələlik bilmirik ki, hansı güzəştlər müqabilində bu hərbçilər Ermənistan tərəfinə verilib.

Bu gün Moskvada üçtərəfli komissiyanın görüşü keçirilir. Bu görüşün nəticələri haqda hələlik heç nə məlum deyil. Amma ümid edirəm ki, nəticələr müsbət olacaq və yaxın perspektivdə bizi bəzi çox vacib məqamlarla bağlı Ermənistan və Azərbaycan mövqelərinin yaxınlaşması gözləyir”, – ekspert qeyd edib.

tolishstan.com

Category: Sİyasət | Views: 58 | Added by: tmmrtalish | Tags: http://www.tolishstan.com/ | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: