search
menu
person

NEWS AND UDATES


19:39
BAKIDA TALIŞ DİLİNDƏ “BOY BƏ TOLIŞ” ( TALIŞ DİYARINA GƏL) POEZİYA ALMANAXI ÇAPDAN ÇIXIB

Bu günlərdə Bakıda, Azərbaycan nəşriyyatında respublikamızda aborogen xalqlardan biri olan talış xalqının daha bir mədəni uğurunu əks etdirən, talış ədəbiyyatının, talışdilli poeziyanın parlaq nümunəsi olan “Boy bə Tolış” (tərcüməsi: Talış diyarına gəl) şeir toplosu, poeziya almanaxı çapdan çıxmışdır. ( B-2018, 272 səh.)

Kitabın tərtibçisi A. Bayrami, redaktoru C. Lələzoə, ideya rəhbəri Xanəli Tolışdır.

Kitaba Masallının “Göyqurşağı” ( talışca: “Nənəhanə”) ədəbi məclisinin talış dilində yazıb-yaradan müasirimiz olan ədiblərin əsərlərindən seçmələr toplanmışdır. Kitab yazarların öz şəxsi hesabına nəşr olunur.

Kitabın müqəddiməsində yazılır:

“Boy bə Tolış” almanaxı “Azər­boy­co­ni to­lı­şon ədə­bi­yot” ( tərcüməsi: “Azərbaycan talışlarının ədəbiyyatı” (ta­lış di­lin­də, Ba­kı-2013) se­ri­ya­sın­dan nəş­ri nə­zər­də tu­tu­lan la­yi­hə­lər­dən bi­ri­dir. “Ho­ni çəş­mə”( tərcüməsi: bulağın gözü) (ta­lış di­lin­də, uşaq şe­ir­lə­ri, Ba­kı-2015) “Gəl bi­zim yer­lə­rə”(ta­lış və Azər­bay­can dil­lə­rin­də ya­zan böl­gə ya­zar­la­rın əsər­lə­rin­dən seç­mə­lər, Ba­kı-2016) ta­lış­dil­li poe­zi­ya al­ma­nax­la­rın da­va­mı olan növ­bə­ti kitabdır.

Əs­lin­də bu al­ma­nax Azər­bay­can­da­kı bü­tün ta­lış şa­ir­lə­rin poe­zi­ya nü­mu­nə­lə­ri­ni əha­tə et­mə­li idi. Əha­tə dai­rə­si­nin çox ge­niş ol­ma­sı, ta­lış di­lin­də ya­zıb-ya­ra­dan şa­ir və ədib­lə­rin çox ol­ma­sı, bu ba­xım­dan al­ma­na­xın həc­mi­nin xey­li bö­yük ol­ma­sı, am­ma ma­li­yə iş­lə­ri­nin ka­sad ol­ma­sı im­kan ver­mə­di ki, öl­kə­nin bü­tün ta­lış­dil­li ya­zar­la­rı bu ki­tab­da təm­sil olun­sun.

Ən va­cib mə­sə­lə bu idi ki, Ma­sal­lı­da fəa­liy­yət gös­tə­rən Göy­qur­şa­ğı (talışca: “Nə­nə­ha­nə”)ədə­bi məc­li­sin nəz­din­də azər­bay­can­ca ya­zan ədib­lə­rin in­di­yə­dək 3 al­ma­na­xı çap­dan çı­xıb, 4-cü­sü ça­pa ha­zır­la­nır. Am­ma həm də ta­lış­ca ya­zan Ma­sal­lı şa­ir­lə­ri­nin bir də­nə də ol­sun talışdilli al­ma­na­xı nəşr olun­ma­mış­dı. Odur ki, Ma­sal­lı ta­lış ya­zar­la­rın al­ma­na­xı­nı nəşr elə­məyi va­cib bil­dik..

Al­lah qoy­sa, bu sa­hə­də la­yi­hə iş­lə­ri da­vam et­di­ri­lə­cək­dir. Ümid­va­ram ki, Ta­lış di­ya­rı­nın baş­qa reqionlarını təm­sil edən talş­dil­li ədib­lə­rin poe­zi­ya al­ma­nax­la­rı, həm­çi­nin ta­lış ədə­biy­ya­tı­nın nəsr, dra­ma­tur­gi­ya, ədə­bi tən­qi­di əsər­lə­ri də top­lu hal­da nəşr edi­lə­cək­dir. Daha bir layihə üzərində işləyirik: Azərbaycan və dünya ədəbiyyatının çoxlu seçmə nümunələri talış dilinə tərcümə olunmuşdur, fikrimiz var ki, bu tərcümələri bir kitaba toplayıb nəşr edək. Bu ışdə   indiki Azərbaycan iqtidarının apardığı multikulturalizm və toleriantçılıq siyasəti bizi ruhladırır...

...“Boy bə Tolış” ki­tab­ında Ma­sal­lı­da ana­dan olan, Azər­bay­can­da, Ru­si­ya­da, Av­ro­pa­da ya­şa­yan ta­lış di­lin­də ya­zıb-ya­ra­dan müa­sir­lə­ri­miz olan 32 şai­rin se­çil­miş şe­ir­lə­ri top­lan­mış­dır.

Bu şe­ir­lər­də ta­lış­la­rın müs­tə­qil­lik döv­rün­də apar­dı­ğı mü­ba­ri­zə, xal­qın mə­nə­vi-əx­la­qi si­fət­lə­ri bə­dii-ob­raz­lı şə­kil­də ifa­də edi­lir, bu­gün­kü Azər­bay­can poe­zi­ya­sı ilə bir sə­viy­yə­də və­tə­nin gö­zəl­li­klə­ri vəsf olu­nur, in­san­la­rın bir-bi­ri­nə saf mə­həb­bə­ti tə­rən­nüm edi­lir.

     Kitabdakı şe­ir­lə­rin baş­lı­ca möv­zu­su Azərbaycanın, o cümlədən Ta­lış ma­ha­lı­nın əs­ra­rən­giz gö­zəl­lik­lə­ri­nin tə­rən­nü­mü ol­sa da, həmçinin Azər­bay­ca­nın bü­töv­lü­yü, Qa­ra­ba­ğın azad­lı­ğı, ana di­li­nə güc­lü ma­raq, is­lam di­ni­nə ənə­nə­vi mü­na­si­bət və b. möv­zu­lar da bu şe­ir­lər­də xü­su­si yer tu­tur.

Aş­kar gör­mək olur ki, ta­lış şa­ir­lə­ri­nin ya­ra­dıl­cı­lıq mən­bə­lə­ri şi­fa­hi xalq ədə­biy­ya­tı və Azər­bay­can klas­sik poe­zi­ya­sı­dır.

Bu müx­tə­lif üs­lub­lu, çox­məz­mun­lu şe­ir­lər gös­tə­rir ki, bü­gün­kü ta­lı­şdilli poe­zi­ya­ get-ge­də ci­la­lı və sə­viy­yə­li ola­caq­dır.

Almanaxda Azər­bay­ca­nın – həmçinin onun bir parçası olan Ta­lı­ş diyarının ad­lı-san­lı qo­ca­man şa­ir­lə­rinin (Bəx­ti­yar Ru­şin, Ca­bir Nə­sir,To­fiq İl­ham, Xa­nə­li To­lış, Ca­mal Lə­lə­zoə...); or­ta nəs­lin ta­nın­mış nümayəndələrinin (Hi­da­yə­ti El­mas, İl­qar To­lış, İz­zət To­lış...); ən ca­van şa­ir­lə­rin (Aq­şin Da­daş­za­də, İs­ma­il Ku­lə­ton­voj, Əli Azər Ban­doj...) və başqalarının müx­tə­lif möv­zu­lar­da yaz­dı­ğı şe­ir­lə­ri­ni oxu­maq olar.

Allahverdi Bayrami

15.12.2018

Категория: MADANİYYAT | Просмотров: 90 | Добавил: tmmrtalish | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
https://www.accuweather.com/az/az/lankaran/29090/daily-weather-forecast/29090