search
menu
person

NEWS AND UDATES


17:54
Başıma gələcəkləri bilsəm belə, yenə həmin abidəyə gedərəm...
Başıma gələcəkləri bilsəm belə, yenə həmin abidəyə gedərəm...

Başıma gələcəkləri bilsəm belə, yenə həmin abidəyə gedərəm...

 

Bayram Məmmədov: “Həbsxanalar yeni cinayətkarlar ordusu yaradır”

 

Hüquq müdafiəçilərinin "heykəl məhbusu" adlandırdığı Bayram Məmmədov Azərbaycan koloniyasında üçillik həbs cəzasından sonra mart (2019) əfvi nəticəsində azadlığa çıxdı. O, Qiyas İbrahimovla birlikdə Bakıda Heydər Əliyevin abidəsinin üzərinə boya ilə siyasi şüarlar yazdıqdan sonra növbəti gün narkocinayətə görə həbs olunmuşdu.

Q.İbrahimov ilə müsahibə Turan-da dərc olunub.

http://www.contact.az/ext/news/2019/3/free/Interview/ru/79733.htm

Bayram Məmmədov Turan agentliyinin suallarını cavablandırıb.

- Niyə siyasi etirazınızı ifadə etmək üçün belə qeyri-adi üsul seçdiniz - Heydər Əliyevin abidəsinin üzərini yazdınız?

- Hər bir hakimiyyət üçün simvollar çox önəmlidir. Simvollar xalqda hakimiyyətə qarşı qorxu və inam yaradır. Xalq hakimiyyətdən qorxur, ya da onun əbədiliyinə inanır. İnsanlar simvollara inamını itirdikdə, onları rədd edib məhv etdikdə, qorxmadıqda sistem çökməyə baslayır. Bu ölkədə hakimiyyətin simvolu Heydər Əliyev və onun abidələridir.

Biz isə sistemə qarşı ideoloji, solçu mübarizə aparırdıq və bu gun də aparırıq. Postamenti yazmağımız sistemə qarşı apardığımız mübarizənin məntiqi nəticəsi idi. Bu aksiyadan sonra Heydər Əliyevin heykəlləri sistemin simvolu kimi dəyərini itirdi. Xalq qorxudan imtina etməyə başladı. Bu, yalnız başlanğıc idi.

- Sizin "əməliyyat" necə baş tutdu?

- Həmin gündən öncə abidə ətrafında vəziyyəti bir neçə gün öyrəndik, kəşfiyyat apardıq. Ərazi ilə daha yaxından tanış olduq, kameralar, isıqlandırma, ərazidəki polis əməkdaşları və mülki geyimlilər haqda məlumat topladıq. Amma bu bilgilər bizim öz təhlükəsizliyimiz və ya həbs olunmamağımız ücün yox, atmaq istədiyimiz addıma olacaq maneələrin qarşısını almaq üçün idi.

- Sonra nə oldu?

- Sonra bizi həbs etdilər, isgəncə verdilər, təhqir etdilər. Bütün bunlar bizim üçün sürpriz olmadı, cunki bizi nələrin gözləyəcəyini əvvəlcədən bilirdik. Bunları özümü qəhrəman kimi qələmə vermək üçün danışmıram. Və istəmirəm ki, cəzaçəkmə müəssisəsində olmağımız barədə təfərrüatlar oxucuları qorxutsun, onları azadlıq uğrunda mübarizədən çəkindirsin.

- Hakimin cəza müddətini elan etməsi sizin üçün ağır zərbə oldumu?

- Məndən öncə Qiyası 10 il həbs cəzasına məhkum etmişdilər. Odur ki, məhkəmə iclasında mən özüm dedim ki, 10 il mühakimə olunacağam. Çox adi qarşıladım, hətta təbəssümlə.

- Koloniyadakı şərait barədə nə deyə bilərsiniz?

- Ümumiyyətlə, mən cəza sistemini qəbul etmirəm, həbsxanalar cinayətkar ordusu yaradır, insanları islah etmir. Həbsxanalar insanlara əvvəlcədən onlara məlum olmayan yeni cinayətlər öyrədir. Əslində həbsxanalar cinayətkarları yox, məsum insanları- onların ailələrini cəzalandırır. Bizim oldugumuz cəzacəkmə müəssisəsində şərait digərlərindən daha pisdir. Das karxanasının tozu, su çatışmazlığı, gün ərzində havanın dəfələrlə dəyisməsi, administrasiya tərəfindən yaradılan süni problemlər və diskriminasiya bizim ücün adi bir sey idi, həyat tərzimiz idi. Hakimiyyət fikirləşirdi ki, bu münasibət mənim iradəmi sındıracaq, əksinə, hakimiyyətə olan qəzəbim məni daha çox motivasiya edirdi.

- Gələcəklə bağlı hansı planlarınız var?

- Həyatımı planlar üzərində qurmuram, plansız biriyəm, görək, başımıza nə işlər gəlir.

- Nə zaman özünü azad hiss etdin?

- Mənim üçün azadlıq tamamilə başqa anlayışdır. Hazırda özümü azad yox, sadəcə, icəridəkindən daha komfortlu şəraitdə hesab edirəm. Fərq yalnız bundadir: içəri və çöl arasında.

- Başına nələrin gələcəyini bilsəydin yenə edərdinmi həmin hərəkəti?

- Əgər bilsəydim ki, yaşadıqlarımın bir neçə qatını yaşayacağam, hec çəkinmədən, qorxmadan yenə gözübağlı gedərdim ora, abidənin yanına. Sadəcə, bu dəfə daha artığını etməyə çalışardım.

Umid edirəm ki, söylədiyim hər bir söz oldugu kimi qalacaq, dəyişiklik edilməyəcək.

Category: XƏBƏRLƏR | Views: 101 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar