20:34
Bayden Türkiyəyə qarşı sanksiyaların müddətini uzadıb Bakı, 8 oktyabr, SalamNews. ABŞ Prezidenti Co Bayden, Türkiyənin Suriyadakı hərbi əmə
 

Bayden Türkiyəyə qarşı sanksiyaların müddətini uzadıb

Bakı, 8 oktyabr, SalamNews. ABŞ Prezidenti Co Bayden, Türkiyənin Suriyadakı hərbi əməliyyatı səbəbiylə 2019-cu ildə Donald Tramp tərəfindən imzalanan Ankaraya qarşı sanksiyaların tətbiqi barədə fərmanının bir il daha uzadılmasına qərar verib.

SalamNews -un TASS -a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.

"Suriya ətrafındakı vəziyyət, xüsusən də Türkiyə hökumətinin Suriyanın şimal-şərqində əməliyyat başlatması "İslam Dövləti" terror təşkilatı ilə mübarizəyə mane olur, dinc insanların həyatını təhlükəyə atır, ölkədəki sülh, təhlükəsizlik və sabitliyi təhdid edir, həmçinin ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün təhlükə yaratmağa davam edir. Bu baxımdan 13894 saylı fərmanın müddətini bir il daha uzadıram ", - məlumatda deyilir.

Category: Sİyasət | Views: 54 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: