search
menu
person

NEWS AND UDATES


13:14
Beynəlxalq təşkilatlara Müraciət davam edir .
         Birləşmiş Millətlər Təşkilatının Cenevrə İnsan Hakları Komisiyasına,
         ATƏT-in Varşava Demokratik Təəsisatlar və İnsan Haqları Bürosuna,
         Avropa Şurası Nazirlər komitəsinə,
         Avropa İttifaqının Şərq Tərəfdaşlıq komisiyasına,
         Beynəlxalq Əhv komisiyasına,
         Beynəlxalk Helsenki Vətəndaş komitəsinə


                                                                           Müraciət:

Hörmətli xanımlar və ağalar,

 Hazırda, Talış xalqının içtimai-siyasi, elm xadimi Fəxrəddin Abbasov, Azərbaycan Respublikasında, rejimin həbsxanalarının birində, heç kimə bəlli olmayan şəraitdə saxlanılır. Bütün, istər daxili, istərsə də Beynəlxalq hüquq və insan haqları normalarını pozan Azərbaycanın iqtidarı, onu hər cür yüridik və ictimai müdafiədən  məhrum etmişdir. Ölkədə müstəqil vəkillik inistitutu ləğv edildiyindən, hökümət ona və birbaşa Talış xalqının yaşamı naminə fəaliyyətdə olanlara qarşı, özünün bütün ıctimai və rəsmi qadağa və təbliğat resurslarından istifadə edərək, cənab Fəxrəddin Abbasovun  hərtərəfli müdəfiəsiz qalmasına nail olmuşdur. Çoxsaylı insan hüquq müdafiə məsələləri ilə məşğul olan, Qeyri-hökümət təşkilatları  belə, milliyətçilik təəssübkeşliyinə yoluxmaqla, cənab Abbasovun müdafiəsinə qoşulmaqdan imtina bəyanatları ilə çıxış etmişlər. 
 Talış xalqı, 10(on) il əvvəl bu və buna bənzər münasibət ucbatından, özünün dəyərli alim, ictimai xadimi olan Novruzəli Məmmədovun da həbsxanada öldürülməsini unutmadığından, hazırda Fəxrəddin Abbasovun ətrafına cəryan edən oxşar situasiyadan möhkəm narahatçılıq yaşayır. Belə ki, Azərbaycan adlı bir ölkəni, siyasi məhbusların ümumzindanına çevirmiş əliyevlər rejimi, dünya demokratik təhsisatlarının qarşısında artıq heç bir məsuliyyət daşımadığını nümayiş etdirməkdədir. Rejimin, ölkənin titul xalqının nümayəndələrinin siyasi-ictimai fəaliyyətlərinə görə, qəddar münasibətini nəzərə alaraq, hər cür haqq və hüquqlardan məhrum Talış xalqının, yaşamı naminə mücadilə edən, Fəxrəddin Abbasova qarşı qurulacaq qaba münasibət, ciddi narahatçılıq yaradır. 
Ölkədə azərbaycanlı milləti adı ilə pərdələnmiş, qatı türkcülük ideyalarına, ərazi iddialarına, Azərbaycan Respublikasının  Əsas qanununa zidd olaraq, onu digər bir dövlətin tərkibinə salınması və oxşar çağırışlara münasibətlərdə xeyli loyal olan bu rejim, Fəxrəddin Abbasovu öz fikir və çıxışlarına görə təqib etməsi, çirkin üsullarla onu, az qala, sığındığı digər ölkədən oğurlayaraq gətirib ictimaiyyətdən gizlətməklə, linç etməyə hazırlıq görməsindən ciddi narahatçılıq keçirtməklə, Sizlərdən xahiş edirik, onun taleyini məxsusi nəzarətə götürəsiniz!
 Hesab edirik onun yeganə günahı mənsub olduğu Talış xalqının pozulmuş hüquqlarını təkidlə müdaiə etməsidir. Əgər, doğrudan da mənsub olduğun xalqın tapdalanmış hüquqlarını müdafiə etmək cinayətdirsə, onda biz, F. Abbasovun həbsi ilə razılaşırıq, əks təqdirdə,- o, dərhal azad olunmalıdır!  


Talış Muğan Muxtar Respublikasının Prezidenti

Ə.Ə. Hummətov                                               13.03. 2019
Category: TMH XABAR | Views: 104 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar