search
menu
person

NEWS AND UDATES


10:38
BİR XALQIN İKİ ƏLİFBASI??? “Samur” Ləzgİ Mİllİ Mərkəzİ
Məlumdur ki, ləzgi dilinin özünə məxsus qrammatikası və tələffüz qaydası var, bu baxımdan da, xeyli illər əvvəl ötən əsrin əvvəllərindən qəbul olunmuş qərara əsasən ləzgi dili kiril əlifbası ilə yazılır. Lakin bu yaxında Təhsil Nazirliyi birinci sinif üçün Ləzgi Dili  kitabını latın dilində çap etmişdir.

Oxuyaq və paylaşaq. SOS!!!  BİR XALQIN İKİ ƏLİFBASI??? 

   Bu günlərdə redaksiyamıza daxil olmuş çoxlu siqnallara görə Azərbaycanın ləzgi dili tədris edilən məktəblərinin 1-ci sinifləri üçün latın qrafikası ilə “Əlifba” kitabı çap olunub. Əvvəlcə inanmadıq. Necə yəni latın qrafikası ilə? Axı, ləzgilərin 1938-ci ildə kiril qrafikası əsasında yaradılmış öz əlifbası var. Bir hissəsi Dağıstanda, o biri hissəsi Azərbaycanda yaşayan ləzgi xalqının həmin əlifbası Sovet İttifaqı dövründə yaradılıb. Dağıstan Respublikasının Konstitusiyasında göstərildiyi kimi, ləzgi dili dövlət dilidir  və bu dilin hələ 80 il bundan əvvəl ölkənin əlaqədar səlahiyyətli orqanları tərəfindən təsdiq edilmiş öz əlifbası var.
   Tarixi mənbələrdən məlum olduğu kimi, ləzgi xalqı 1500 il bundan əvvəl alban əlifbası ilə yazıb-yaradıb. Ərəb işğalından sonra uzun müddət ərəb əlifbası əsasında yaradılmış, lakin boğaz səsləri xüsusi işarələrlə qeyd edilən əcəm əlifbasından istifadə olunub. XIX əsrin sonu və XX əsrin əvvəllərində P.K.Usların kiril qrafikası əsasında tər-tib etdiyi əlifba işlənib. 1928-ci ildə latın qrafikasına əsaslanan əlifba işə salınıb. Lakin ləzgi dilinin tələblərinə cavab vermədiyinə, bu dilin bir çox səslərini ifadə edən hərflərin olmadığına görə 1938-ci ildə latın qrafikası kiril qrafikası ilə əvəz olunub.
   İndi belə çıxır ki, ləzgilər Dağıstan-da kiril, Azərbaycanda latın qrafikasından istifadə etməlidir, yəni bir xalqın iki əlifbası olmalıdır. Görəsən, dünyada iki əlifbaya malik başqa bir xalq varmı? Latın qrafikası ilə ləzgicə “Əlifba” çap edənlər nəyə əsasən belə qərar veriblər? Respublikamızın qədim və aborigen xalqlarından olan ləzgilərin milli hissiyyatına toxunan bu qərara nə ad vermək olar? Belə çıxır ki, bir xalq neçə ölkədə yaşayırsa, onun o qədər də əlifbası olmalıdır? Görəsən respublikanın rus və gürcü dilləri tədris olunan məktəbləri üçün də latın qrafikası əsasında dərsliklər hazırlanır? Əgər belə deyilsə, onda niyə məhz ləzgi dili hədəfə götürülüb? Bu işə qol çəkənlər yəqin Azərbaycanın demokratik və tolerant dövlət olduğunu unudublar. Yoxsa xalq üçün taleyüklü və ağrılı məsələ olan əlifba məsələsini bu cür gizlin və tələsik qaydada, ictimaiyyətin və ləzgi ziyalılarının xəbəri olmadan həyata keçirməyə çalışmazdılar.
   Aldığımız məlumata görə guya kitabın hazırlanması ilə bağlı respublika təhsil nazirliyi tender keçirib və müəlliflər bu yolla seçilib. Belə çıxır ki, Azərbaycanda dilçilik üzrə mütəxəssis olmayanlar, qeyri-peşəkarlar, ali təhsili olmayanlar da dərslik yaza bilərlər. Görünür, işin təşkilatçıları məsələnin bu tərəfini deyil, qonorar tərəfini fikirləşiblər və dövlət vəsaitini mənimsəməyin yeni yolunu tapıblar. Bir sözlə, burada təhsildən daha çox başqa izlər görünür.
   Ümid edirik ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəhbərliyi qəzetimizin çıxışını cavabsız qoyma­yacaq, xalqın taleyi ilə oynayan, onun dilini aşağılayan belə qərarları verənlər barədə ciddi tədbir görəcəkdir.
 
“Samur” Ləzgİ Mİllİ Mərkəzİ
“Samur” qəzetİ redaksİyası
Категория: XƏBƏRLƏR | Просмотров: 30 | Добавил: tmmrtalish | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
https://www.accuweather.com/az/az/lankaran/29090/daily-weather-forecast/29090