18:35
BİZ MÜSƏLMANIQ, AMMA...
BİZ MÜSƏLMANIQ, AMMA...
İDDİA ( İnanan Daşa Dönsün İnformasiya Agentliyi) nın verdiyi məlumata görə, Azərbaycanlı mütəxəssislər çoxillik müşahidələrdən sonra qərara gəliblər ki, Müsəlman dini ayinləri, xüsusilə Məhərrəmlik ayında İmam Hüseyn (ə) əzadarlığını nəinki Mıscidlərdə və açıq meydanlarda keçirmək olmaz, hətta televiziya ekranlarında da göstərmək olmaz, yoxsa Koronavirus xəstələrinin sayı milyonlarla olacaq.
Hökümət və Media rəhbərləri, erməni, yəhudi, kafir deyillər ki, onlar da Azərbaycan əhalisinin 80 faizi kimi şiə müsəlmanlardır. Onlar da öz evlərində hamı kimi təziyə qurub, İmam Hüseyn (ə) başda olmaqla bütün şəhidlərimizə yas saxlayır. Televiziya ekranlarında şou, əyləncə xarakterli verilişləri də məcburi göstərirlər, yoxsa Avropa Şurası, Qərb ölkələri bizi başa düşməz, ayıbdı da...
Biz dözümlü xalqıq, hər şeyə dözərik, təki Avropa Şurası, Qərb ölkələri, İsrail bizdən razı qalsın. Neft və qaz məhsullarının ən yaxşısını ucuz qiymətə birinci onlara vermək lazımdır, artıq qalanını baha qiymətə bizə də satmaq olar. Evrovision mahnı müsabiqəsində çılpaq fahişə təmsilçilər də, Olimpiya oyunlarında iştirak edən ,,əcnəbi bizimkilər " də təki Avropa Şurasına, Əmırkəyə, İsrailə xoş gəlsin,biz dözərik, dözümlü xalqıq. Rusiya, İran, Ukrayna, Belarusda Məhərrəmlikdə məscidlərin dolması səbəbilə minlərlə insan Koronavirus xəstəliyinə tutulub ölür, sadəcə olaraq bu barədə məlumat verən yoxdur, qırılan müsəlmandır da, kimə lazımdır onlar?
Yazıq məmurlarımız, televiziya rəhbərliyi, bir tək olan Allah bilir ki, onlar nə qədər ,,vicdan əzabı " çəkirlər , nə Məhərrəmliyi keçirdə bilir, nə televiziyada işıqlandıra bilir, nə də Məhərəmlik haqqında bir film, mahiyyəti barədə bir veriliş göstərə bilmirmirlər.
Uca Allah bizlərə kömək etmək üçün, birinci növbədə Nazir və məmurlarımıza ,,rəhm " eləsin. AMİN.
İMAM SƏLAMUNƏLEYK
AĞAM SƏLAMUNƏLEYK
10 08 2021ci il ADİ.
Category: Sİyasət | Views: 52 | Added by: tmmrtalish | Tags: 10 08 2021ci il ADİ. | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: