19:36
BİZ QEYRİ ADİYİK
BİZ QEYRİ ADİYİK.

Xəmir xörəklərini çörəklə yeyən yalnız bizik.
Dovğanı yeməyə əlavə kimi yox, ayrıca yemək növü sayan yalnız bizik.
Sulu xörəklərə çörək doğrayıb, onu quru yeməyə çevirən yalnız bizik .
Plov və kababı axşam yatmazdan əvvəl, yüngül yeməkləri səhər və günorta yeyən yalnız bizik.
Duzlu şoru şirinçayla, çayı qəndlə içən, balı nehrə yağı ilə yeyən yalnız bizik.
Bişirilmiş tərəyə göyərti salatı, kələm dolmasına turşulu kələm salatı yalnız bizdə olur.
Biz hətta köz üstündə qızardılmış pomidoru da ketçupla yeyə bilərik.
Ləzzətli pomidor- yumurta qayğanağı da Azərbaycan mətbəxinin nümunələrindəndir.
Balqabaq, lərgə, paxla, kartof, mərci plovu da yalnız bizdə var.
Qatığ, atlama, ovduğ, motal pendiri də yalnız bizə aiddir.
Biz zəngin mətbəximizlə qürur duyuruq və ölkə xaricində şərəflə təbliğ edirik.
Ulduz filmində Lütvəli Abdullayev demişkən: ,,Ye, yat əgninnən uzunnuğun bərabər olsun ".

04 07 2021ci il ADİ.
Category: Sosial şəbəkə xəbərləri | Views: 47 | Added by: tmmrtalish | Tags: 04 07 2021ci il ADİ. | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: