/ Новости сайта / TMH XABAR / BİZ  SİZƏ  SƏS  VERMİRİK!
18.02.2020

BİZ  SİZƏ  SƏS  VERMİRİK!

60 0 TMH XABAR
BİZ  SİZƏ  SƏS  VERMİRİK!

Zamin Hüseynov

Azərbaycanda budurmu demokratiya?
Milli məclisin buraxılması nəyə lazım idi?
20-30 ildir lazımsız qərarları və fikirləri ilə xalqın hisləri ilə oynayanları, Biznes şəbəkələrini artırmaqdan başqa işə yaramayanları, xalqının əziyyətini görməyib dərdinə şərik olmayan millətin (əzraillərini) vəkillərini, hökümətin yenədə dəstəkləməsi biabırçılıqdır. 
Yaşına fərq qoymadan 70-100 yaşda belə, dövlət tərəfindən onların namizədliyinin irəli sürülməsi və məcburən xalqı onlara səs vermək üçün, təşviqat kompaniyalarına toplamağla, bütün müəssisələrdə gəlməyənləri işdən qovulmağa hədəsi ilə müəssisə rəhbərlərinə tapşırıqlar verilir. 
Budurmu Azərbaycanın demokratik azad seçkisi və təşviqat kompaniyaları?
Xalqı məcburən yararsızlara səs verməyə toplayan rayon icra hakimiyyətləri, məktəb müəllimlərini 2 həftədir tədrisdən yayındıraraq məcburən, öz istədikləri namizədin təşviqat kampaniyalarına toplayırlar. Eyni halda bütün müəssisə işçiləri belə tədbirlərə məcbur edilərək aparılır. Bu ədalətsizlik və saxtakarlıqdır!
Milli Məclisin buraxılması burda nəin isə dəyişməsini yox, ancaq və ancaq , yenidən seçkilər keçirərək xalqın başını qatma və küllü miqdarda pulların yeyilməsini göstərir. (Və təbii ki başqa məqsədlərdə).
Bu problem Azərbaycanın bütün dairələrində mövcuddur. 
Mən Talış bölgəsinin yararsız deputatlarının yenidən seçilməsinin əleyhinəyəm. 20 ildir Azərbaycan üçün, Talış bölgəsi üçün, xalq  üçün nə etdiniz? Heç nə etməmisiz. Pislikdən və biznes şəbəkələrinizin çoxluğundan başqa bir işinizlə yada düşmürsünüz.

Rüfət Quliyev- 73, Lənkəranlı
Hadı Rəcəbli - 74 Lənkəranlı
Cavanşir Paşazadə-75 lənkəranlı
İqbal Məmmədov - 78 Lerikli
Ziyafət Əskərov - 76 NAXÇIVANLI ( bunun o bölgəyə nə aidiyyəti var?)

Bu DAİRƏLƏRİ zəbt edən biznesmenlərin işinə son vermək lazımdır. 
Xalq olaraq saxtakarlığlara dur deyirik. 
Biz sizi seçmirik. Abırınız varsa? Daha bəsdırın!!! 
NAMİZƏDLİYİNİZİ GERİ GÖTÜRÜN!

Zamin Hüseynov
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Календарь
«  Февраль 2020  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
242526272829
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Всего ответов: 10
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0