00:54
Bir “cənublunun “ dialoqu
Bir cənublunun “ dialoqu .

Dünən anonsunu vermişdim axı, demək cənuba getmək üçün cənubexspress qatarına bilet almaq istədim və cənub vağzalında bileti haradan ala biləcəyimi soruşdum və mənə bildirdilər ki, cənuba bileti cənub milləti üçün açılmış "cənublu" kassasından ala bilərsiz. Sevinə-sevinə getdim "cənublu" kassasının qarşısına və kassirin də cənub millətindən olduğunu görüb, buna cənub millətinin dilində dedim ki, mənə cənubexspress qatarına bilet ver, bu da cənub millətinin dilində qayıtdı ki, pasportunu ver. Pasportumu verdim, o üz-bu üzünə baxıb, "sən cənublu deyilsən, burada ancaq cənublulara xidmət edirlər" dedi, dedim a kişi, Xıdon olsun, bir saatdır səninlə cənublu dilində danışıram, sən də deyirsən ki, mən cənublu deyiləm? Qayıtdı ki, "sən ingilis dilində danışsan qərbli olassan?", dedim ki "yox" və aramızda belə bir dialoq yaşandı:
- Sən cənublu deyilsən, nə cənubda doğulmusan, nə də orada yaşamırsan. Sənin ümumiyyətlə cənublu millətinə aidiyyatın yoxdur.
-A kişi, mən "cənubluların səsi" qəzetinin təsisçisi və baş redaktoruyam, cənubluların mədəniyyət mərkəzinin sədriyəm, necə yəni mənim cənub millətinə aidiyyatım yoxdur?
- A kişi, başımı aparma, sənə dedim ki, sənin cənublu millətinə aidiyyatın yoxdur, sübut istəyirsən? Al gəldi: Sən feysbukda "cənub bölgəsi və onun ziyanlıları" qrupunda varsan?
- Yox.
- Daha nə başımı xarab edirsən, cənublu milləti olsaydın həmin qrupda olardın...
Suyum süzülə-süzülə getdim "qazovka uşaqları" kassasından "Neft İyi - Qazovka Şəhəri" elektrik qatarına bilet alıb, gəldim doğma şəhərimə, qazovkava qurban....
P.S. Qazovka - zavodlardan havaya buraxılan zəhərli tüstüyə deyilir

Rafiq Cəlilov
 
Category: TALIŞH | Views: 116 | Added by: tmmrtalish | Tags: Rafiq Cəlilov | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: