17:48
Bir "CİNAYƏT"in xronikası. 2-ci hissə
Bir "CİNAYƏT"in xronikası. 2-ci hissə.
Fəxrəddin 
Abbasova(Əboszodə) AZADLIQ!!!
Elvin İsayevə AZADLIQ!
Mubariz Mənsimova AZADLIQ!!!
Aslan Qurbanova AZADLIQ!!!

 2019-cu ilin noyabr-dekabr ayından F.Abbasov üzərində məhkəmə-şou başlanır. Məhkəmənin qismən açıq keçirilməsi barədə qərar çıxarılır, yəni hakim özü təyin edir hansı hissə açıq, ya qapalı keçiriləcək. Bununla da məhkəmə guya F.Abbasovun işində "dövlət sirrinin" olmasına işarə edir, əslində isə sonda heç bir "sirrin" olmadığı aşkar edilir. Guya DTX-ın 5-ci şöbəsinin məhkəməyə təqdim etdiyi 2 cild sona qədər məhkəmə istintaqında baxılmamış qalır. Məhz həmin 2 cilddəki "materiallara" görə F.Abbasova qarşı CM-in 274-cu maddəsi ilə ittihamlar irəli sürülmüşdür! Məhkəmədəki son çıxışında vəkil Qanqa İbrahimov haqlı olaraq bildirmişdir ki, qanuna əsasən irəli sürülmüş ittihamlar məhkəmə istintaqının predmeti olmamışsa həmin ittihamlarla təqsirləndirilən şəxsə 274-cu maddə ilə hökm çıxarmaq qeyri qanunidir. Vəkil onu da bildirmişdir ki, müdafiə etdiyi F.Abbasova qarşı irəli sürülən ittihamlar məhkəmədə sübuta yetirilməmişdir, ona görə də o azad edilməlidir.
Çox gülünc haldır ki, sonda məhkəmə tərəfindən 16 il həbs cəzasına məhkum edilmiş F.Abbasovun işində cəmi bir "şahid" olmuşdur ki, həmin şahid də məhkəmə iclasında dindirilərkən "ifadəsində" yazılmış sözlərin ona aid olmadığını bəyan etmişdir.
Məhkəmənin açıq keçən iclaslarında və hökm oxunarkən hakimin guya  F.Abbasovun istintaqa verdiyi ifadələri elan edərkən F Abbasov dəfələrlə hakimə etiraz edərək demişdir: - "Mən belə ifadələr verməmişəm!"
Hakim bir qayda olaraq onun etirazlarına məhəl qoymamışdir.
Daha bir gülünc vəziyyət F.Abbasovun guya talış dilində yazdığı məqalələrin Azərbaycan dilinə tərcümələrə ekspert rəyinin oxunduğu vaxt yarandı. Məlum oldu ki, Azərbaycan dövlətində talış dilində heç bir elmi müəssisənin olmadığı halda, sən demə bu ölkədə "talış dili üzrə ekspertlər" də var imiş!!!
Hər iki vəkil çıxışlarında F.Abbasovun təqsirinin sübut olmadığı üçün, onun azad edilməsini məhkəmədən tələb etsələr də nəticədə hakim 14 fevral 2020 tarixində müdhiş bir qərar çıxarmışdır - 16 il!!!
Çıxarılmış qərar bir daha sübut edir ki, F.Abbasov(Əboszodə) üzərində keçirilmiş məhkəmə-şou sifarişlidir və kimlərinsə iradəsinə xidmət edir!

Milli ədavətə SON!!!
Talış xalqına qarşı milli ayrı-seçkiliyə SON!!!
Talış Milli Hərəkatı (TMH)
Category: TMH XABAR | Views: 98 | Added by: tmmrtalish | Tags: Talış Milli Hərəkatı (TMH) | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: