search
menu
person

NEWS AND UDATES


17:08
Birləşmiş Millətlər Təşkilatının Cenevrə İnsan haqları komisiyasına
                                         
                 http://www.tolishstan.com/news/az_rbaycanda_talislarin_basqi_altinda_saxlanilmasinin_yani_subutu/2019-02-23-311


                                 Birləşmiş Millətlər Təşkilatının Cenevrə İnsan haqları komisiyasına,

                                Avropa Şurasının Parlament Asambeliyasına,

                                ATƏT-in Demokratik təsisatlar və İnsan haqları komisiyasına


                                                                                  M Ü R A C İ Ə T:

   Talış xalqı, bütün dünyada dövlətlər arasında (Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında) sərhədlərlə ikiyə bölünmüş xalqlardan biridir...
 Yaşamına əməli imkan verilməsə də, 1993-cü ildə, şimali Talışstanda, Talış xalqının təsis Məclisinin elan etdiyi Talış Muğan Muxtar Respublikasının hüquqi zəmində varlığına, Azərbaycan Respublikasının Dövlət orqanları əsaslı şəkildə ləğvinə, Beynəlxalq normalarla əsaslandırılan qərar verə bilməmişdir...
 Bu və digər səbəblərdən, vətəndə fəaliyətinə imkan verilmədiyindən, Talış xalqının övladları, məcburiyyətdən Ölkədən kənarda, TMMR-nın Mühacir hökümətini quraraq, Muxtar Respublika ərazisindən olan və dünyaya səpələnən vətəndaşlarının taleyini və bütövlükdə assimliyasiya təhlükəsini yaşayan, Talış xalqının yaşamının təminatında əməli-nəzəri fəaliyyətini qurmuşdur...
 Mühacir hökümətinin Azərbaycan Respublikasının mövcud höküməti qədər Beynəlxalq miqiyasda təsir imkanlarına malik olmasa da, Talış xalqının asimliyasiyasını dayandırmaq yönündə fəaliyyətdədir və bu istiqamətdə, baş verən hər cür anormallığa münasibət bildirib və bildirəcək...
  AR mövcüd höküməti Talış xalqının dilinin yaşamasına yönələn hər cür tədbirlərin keçirilməsinə rəsmi olmasa da, qadağalar qoysa da, Talış xalqının mərd, insan və millətsevər övladları, öz maddi hesabları hesabına olsa belə, dillərinin yaşamasında əsas rol oynaya biləcək mətbu orqanlarını yaşatmaq naminə, həddən ziyada az sayda olsa belə, cəhdlərdə israrlıdırlar. Belə mətbu orqanı, milliyyətcə Talış olan, kiçik biznesə malik, böyük maddi imkanlara sahib olmayan birinin, şəxsi hesabına dərc edilən “Aləm” jurnalının dərcidir ki, AR höküməti polis orqanları vasitəsi ilə, həmin fərdin, Vuqar  Mirzayev (Həmatinin) kiçik biznesini durdurmaq məqsədi ilə, etdikləri təzyiqlərlə, həmən Talışın dərc etdirdiyi jurnalı fəaliyyətini saxlamaqla, bir ailənin iqtisadi-sosial çətinliklərlə üz-üzə qoymaqla cəzalandırmağa qərar verilmişdir.
  Hörmətli ağalar, cənablar və xanımlar!
Mühacir höküməti olaraq, Sizlərdən, acizanə xahiş edirik, Azərbaycan Respublikasında, Talış xalqının məhvinə yönələn bu və ya buna oxşar çox saylı əməllərin, Beynəlxalq norma və öhdəliklər səviyyəsində Azərbaycan Respublikasının hökümətinin durdurulmasına yönələn təzyiq və təsir imkanlarından istifadə etmənizi, rica edirik.

 Dərin hörmətlə,

TMMR Prezidenti,

Ə.Ə. Hümmətov


Category: XƏBƏRLƏR | Views: 99 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar