search
menu
person

NEWS AND UDATES


22:07
Birləşmiş Millətlər Təşkilatının Cenevrə İnsan haqlarının müdafiə komisiyasına .
Birləşmiş Millətlər Təşkilatının Cenevrə İnsan haqlarının müdafiə komisiyasına,
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Varşava İnsan haqları və Demokratik təsisatları komisiyasına,
Avropa Şurası  Nazirlər komitəsinə və Parlament asambeliyası Azərbaycan üzrə siyasi dustaqlar və monitorinq komissiyalarına,
Avropa İttifaqı Ali komissarlığına və Parlamentinə,
Amerika Birləşmiş Ştatlarının Konkresininin Helsinki İnsan Haqları komisiyasına,
Beynəlxalq İnsan haqları Təşkilatlarına.
Hörmətli ağalar və xanımlar!


 Bu ilin may ayının 2-də  Azərbaycan Respublikasının Bakı şəhərində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilib. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak ediblər. Məxsusi qeyd edilib ki, 2008-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yaradılıb....
 Həqiqətənmi belədir? Azərbaycanın əhalisinin tərkibinin əsaslarından birini təşkil edən Talış xalqı, kifayət qədər çoxsaylı Xalq olmasına rəğmən, sayı saxtalaşdırılmaqla etnik qrup kimi nəzərdə tutulduğunu nəzərə almaqla, bu aborigen xalqa münasibətdə anlayış çərçivəsində səmimiyyət yaradıla bilinibmi ?
 Talışın xalqının aparıcı, alim-ziyalısı, tanınan simalarından biri, həyatına təhlükə hiss etdiyindən Rusiya Federasiyasına sığınan və müvəqqəti sığınacaq müddəti qutarmazdan 6(altı) ay əvvəl, AR-nın rayon məhkəmələrindən birinin, təsdiqi olmayan “sübutlar” əsasında  Abbasov Fəxrəddin Fərman oğlunun həbsi barədə çıxardığı Qərarla həbs edilməsi və müəmmalı şəkildə 2019-cu ilin fevral ayının 28-də birbaşa həbsdən çıxıb Bakı hava limanında peyda olaraq, həbs edilməsi heç də yuxarıda söylənilən səmimiyyətin təsdiqi deyil!
Ölkədə yaşayan qeyri-türk xalqlarının, AR hökümətinin və Azərbaycan ictimaiyyətinin təbirincə bildirsək, etnik qrupların, nümayəndələrinə ən yüksək səviyyədə aparılan təxribat xarakterli təbliğatın ucbatından ciddi və qabarıq hiss olunan qəddar nifrət formalaşdırılmışdır! Belə ki, cənab F.F.Abbasovun haqsız və qeyri qanun, bütün insan haqları normalarına zidd olan həbsinə, ölkənin bir hüquq müdafiə təşkilatı, hüquq müdafiəçisi, qeyri-hökümət təşkilati belə reaksiya verməmiş, bu anti insani, fikir və düşüncəyə görə insanın girovluğa götürülməsinə münasibət bildirməmişlər!
Hər kəsin müdafiə olunma haqqının təməl prinsiplərinə kobud etinasızlığı bir kənara qoyub, bütün ən adi insani belə yanaşmalar, artıq millətlərarası münasibətdə fərqli xalqlara nifrət təbliğatı ucbatından, cənab F.F. Abbasovun yaxınları vəkil xidməti ilə təminatını qura bilməyiblər. Belə ki, bir tərəfdən müstəqil vəkil təəssisatı ölkədə tam sıradan çıxarılıb, onlar müdafiə etdikləri insanların mənafeyindən çox, hakimiyyət maraqlarına, korrupsiya prinsiplərinə xidmətə tabe edilib, digər tərəfdən, çox sadə prosesual qaydada iş yerlərinin itirmələrinə “hüquqi” zəmin yaradıldığından, işlərini itirmək qorxusundan, fərqli düşüncə sahiblərindən uzaq durmağa cəhddədirlər!
 Hazırda AR-nı idarə edən rejim müxtəlif qaydalarla birbaşa Talış xalqının yaşam taleyində iştirak edən ayrı-ayrı ziyalıları  F.F.Abasovu girovluqda saxlayan  Dövlət Təhlükəsizlik Xidmətinin istintaq idarələrinə məxfi çağırışlarla aparılır və keçmiş KQB qaydaları ilə onun əleyhinə ifadələr alınır, “sübutlar” toplanır!
Talış Muğan Muxtar Respublikasının Mühacir hökümətinin İnsan haqlarının müdafiə komissiyası olaraq, AR-nın Talış xalqının aparıcı övladlarına olan bu anti insani münasibətə son qoyulmasını tələb etməklə, Sizlərdən F.F.Abbasovun azad edilməsində fəal iştirak etmənizi Rica edirik!
Dərin hörmətlə, 

TMMR-nın Mühacir hökümətinin Baş naziri
 R. Mirzəyev.
Category: TMH XABAR | Views: 134 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar