/ Новости сайта / TMH XABAR / Boris Talischinski  Azərbaycan  cəmiyyətinə muraciəti
01.06.2020

Boris Talischinski  Azərbaycan  cəmiyyətinə muraciəti

52 0 TMH XABAR

Boris Talischinski  Azərbaycan  cəmiyyətinə muraciəti .

 

Əziz həmvətənlilər, şəxsən mənim və həm də bir çoxlarınızın " separatçı" adlandırdığı talışların heç də hansısa bir millətə, o cümlədən türklərə qarşı, heç bir problemi yoxdur, əksinə, bizi həqiqətən də bir çoxlarımızın qohumluğu və dostluq əlaqələri daha da yaxınlaşdırır. Bir talış olaraq, biz bütün qonşularımızla yaxşı münasibətdə olmaqımızı, səmimi qəlbdən istəyirik və bunun üçün əlimizdən gələni həmişə etmişik, edirik və inşallah qarşılıqlı olaraq edəcəyik. Azərbaycan ölkəsi öz milli rəngarəngliyi ilə çox gözəl bir ölkə idi və olacağıdır, əyər biz hamımız bu rəngarəngliyə, öz qardaş adlandırdığımız qonşuların, qohumların haqqına, dilinə, mədəniyyətinə və ən başlıcası millətinə hörmətlə yanaşsaq. Hər bir millətin öz dili və irsi mədəniyyəti var, gəlin bir- birimizi, min illərlə qalmış tariximizdən, mədəniyyətimizdən, dilimizdən məhrum etməyək, əksinə köməkləşib Azərbaycanımızı daha da gözəlləşdirək.
Gəlin, bir yerdə Azərbaycanın parçalanmasına və koloniyalaşdırmasına yönəlmiş assimilyasiya kimi iyrənc siyasətinə yox deyək. Axı bizim əsas problemlərimiz, əsasən də torpaqlarimızın getməyi, ölkəmizdə millətçilik toxumunu səpənlərdən sonra başladı.
Pis olardımı əyər hakimiyyət bir klanın əlində yox, ölkədə yaşayan bütün millətlərin nümayəndələrinin əlində olsaydı? Gördüyümüz kimi klan və yerlibazlıq hakimiyyət və onların yürütdüyü siyasət ölkəmizi uçuruma aparır.
Həqiqətənmi sizi milli gözəllik narahat edir?
Həqiqətənmi hər şeyi ağ və qara görmək sizə daha sərf edicidir?
Həqiqətənmi siz haqqını, dilini, mədəniyyətini tələb edən insanları separatçı sayırsınız?
Bəlkə bir az bu haqda düşünərsiniz?
Cavablarınız görə, əvvəlcədən təşəkkür edirəm!

Boris Talischinski

 

Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: