00:51
Boris Talischinski : Hörmətli dostlar və bacı qardaşlar , bir müddət əvvəl bizi separatçı adlandıran indi ....
Boris Talischinski : Hörmətli dostlar və bacı qardaşlar , bir müddət əvvəl bizi separatçı adlandıran indi ....

Hal hazırda talışları tərifləyib, dəstək verənlər həddindən artıqdır, deyərdim ki, öz kulminasiya nöqtəsinə çatır.
Ay bacı- qardaşlar, ay bizə 2 gün bundan əvvəl separatçı adı verənlər, siz elə bilirsiniz biz 2- gün ərzində dəyişmişik? Əsla, biz həmən talışlarıq, heç bir dəyişiklik olmayıb. Necə 90- cı illərdə qəhrəmancasına vuruşub ən çox şəhid verən biz olduq, indi də həmən vəziyyət təkrarlanır. Həmən vaxtı, siz vətən satqınlarını bir tərəfə qoyub, onların yalan böhtanlarına, bizə qarşı olan yalançı təbliğatlarına uyub, bizi separatçılıqda ittiham etdiniz, uzun müddət bizi ayrı seçkilik günahlandırdınız, heç bizə qulaq asmaq istəmədiniz ki, biz həqiqətə sizin gözünüzü açaq. Təəssüflər olsun ki, hələ indiyə qədər də o fikirli adamlar çoxdur.
Nəyə görəsən onlar indi də , O, vaxtı kimi ön cəbhəyə getmirlər, yəqin ki, bizi bir daha ittiham etməyə variantlar axtarırlar.
Görürsünüzmü necə də cəbhə xəttində irəliləmək çətindir, ancaq o vaxtı Talış batalyonunun necə də dalbadal kəndləri, rayonların aldığını eşidirdiniz, ancaq əvəzində nə olduğuna, hansı qara ləkələri bizə yaxdıqlarının şahidi oldunuz. Əyər həqiqətlər bu vaxta qədər ortalığa qoyulsaydı, indi bir çox torpaqlar Azərbaycanın tərkibində olardı. Haqq- ədalət bərqərar olmayana qədər, problemlər həllini tapa bilməz, cavanlarımız şəhid olacaq.
Boris Talischinski


 
Category: SIYASƏT | Views: 70 | Added by: tmmrtalish | Tags: Boris Talischinski | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: