11:46
Boris Talischinski   Niyə bizim haqqımızı tanımırsınız?
Boris Talischinski   Niyə bizim haqqımızı tanımırsınız? 


Ortalığa Talış söhbəti düşən kimi həmən bizə qarşı iradlar başlayır. Bəs bu qədər şəhidlər vermisiniz, ancaq talışlar Yerevana gediblər, bu şəhidlərə qarşı hörmətsizlikdir.
Gəlin açıq danışaq. Həqiqətən də siz haqlısınız, talışlar ən çox şəhid verənlərdir. Talışlar çox qəhrəmanlıqlar etdilər, ancaq  əvəzində Talış adını utan verici ad siyahısına saldınız,  Talış adını Cənub adı ilə əvəz etdiniz,  Talış xalqına separatçı  adını qoydunuz.
Niyə talışlar Yerevana getmişdir?
Olmazdı ki, Talışşunaslıq kafedrasını BDU- da açmaq?
Olmazdı ki,  talışa aid olan konfrans Bakıda keçirilsin?
Olmazdı ki,  Talış TV və Radio Azərbaycandan səslənsin?
Axı biz şəhidlər vermişik, qanımızı bu torpaqlar uğrunda  tökmüşük, niyə siz bizə qarşı hörmətsizlik edirsiniz?  Niyə bizim haqqımızı tanımırsınız?
Kimin kimə borcu var?
Əyər bu sadaladıqlarım Azərbaycanda olsaydı, hansı Talış Yerevana üz tutardı, bu haqda düşünmüsünüzmü?
Nə oldu şəhid verməyə, qırğına getməyə oldu bizim ümumi vətənimiz, ancaq söhbət adi konstitusiya hüququndan gedəndə xain olduq?
Sizin hansı xain adlandırdıqınız Talış, dövlət  konstitusiya qanunlar çərçivəsindən kənara, nəsə tələb edib və yaxud ona zidd hərəkət edib?
Niyə öz boynunuzda olan günahları talışların adı ilə bağlayasınız?
Hansı bir Talış bir qarış torpaq satıb?
Kimdir xəyanətkar?
Nəhayət biz talışlar kişi kimi vuruşduq, şəhidlər verdik və bizim kiməsə yox, kimlərinsə bizə borclu olduğunun varındayıq.
Bəsdirin bizə iyrənc böhtanlarınızı atmağa!
Nəhayət merd kimi həqiqəti ortalığa qoyun, üzr istəyin atdığınız böhtanlara görə!
Boris Talischinski
Category: SIYASƏT | Views: 149 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: