search
menu
person

NEWS AND UDATES


21:11
Bu gün, 9 iyul 2019 - cu ildə, AXDP-nın Lerik rayon PT-nın təsis edilməsi haqqında yığıncağı oldu.

Bu gün, 9 iyul 2019 - cu ildə, AXDP-nın Lerik rayon PT-nın təsis edilməsi haqqında yığıncağı oldu. 

Yığıncaqda AXDP- nın TK- nin üzvləri Mirtəği İspandi, Sabir Hüseynov, Seyidəmir Məmmədzadə iştirak edirdilər. 
  Yığıncağın gündəliyində 2 məsələ qoyulmuşdu:
   1. AXDP-nın Lerik rayon Komitəsinin təsis edilməsi;
  2. Cari məsələlər.
    1- ci məsələ haqqında Seyidəmir Məmmədov, Ağaddin İbrahimov, Sərhad Abbasov,  İbrahim Quliyev, Sabir Hüseynov, Mirtəği İspandi , Azad Kazımov çıxış etdilər. Onlar qeyd etdilər ki, Lerik rayonunda kolxoz, sovxozların vandalcasına ləğv edilib, əvəzində kəndlərdə demək olar ki, xalq üçün əhəmiyyətli heç bir yeni qurum yaradılmadı. Əvəzində rayonda maldarlıq, qoyunçuluq, əkinçilikdə , rayon emaledici sənayesində, çayçılıqda iflas vəziyyəti yaranıb. 
  İşsizlik ucbatından kütləvi surətdə əhali Lerik rayonundan Abşeron yarımadası, MDB ölkələrinə imiqrasiyasına səbəb olub. Rayonda qazlaşma, 50 il əvvəl quraşdırılmış elektrik dirəklərin çürüməsi, Lerik- kəndarası yolların bərbad vəziyyətdə  olması da rayon əhalisinin böyük problemlərindəndir.
 Nəhayət, AXDP-nın Lerik  rayon Partiya Komitəsinin sədrinin seçimi üçün, Mirtəği İspandinin təklifi ilə Əğəddin İbrahimovun rayon PT- nın sədrliyinə namizəd irəli sürüldü. Əğəddin İbrahimovun təklifi ilə Abbasov Sərhadın sədrliyə namizəd irəli sürüldü. Muzakirə olundu. Səsə qoyuldu. Səsvermədə Əğəddin İbrahimov Məmməd oğlu, yekdilliklə AXDP- nın Lerik rayon Təşkilat Komitəsinin sədri seçildi.
 PT-nın sədr müavini  Abbasov Sərhad Sahib oğlu seçildi.
  Cari məsələlər üzrə Azad Kazımov, Əğəddin İbrahimov, Sabir Hüseynov, Seyidəmir Məmmədzadə çıxış etdilər. AXDP- nın özəklərinin genişləndirilməsi, təbliğat- təşviqat işlərin genişləndirilməsi  qərara alındı.Partiyanın proqram, nizamnaməsinin təbliğatı, təşviqatının sürətləndirmək tövsiyə olundu.
 AXDP- nın TK-nin üzvləri: Mirtəği İspandi,
Sabir Hüseynov,
Seyidəmir Məmmədov
Category: TALİSH | Views: 40 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $