search
menu
person

NEWS AND UDATES


17:37
"Bu gün dünyada “Beynəlxalq Ana Dili” günüdür.ana dilimin problemləri və onu gözləyən təhlükələr barədə yazacam.

"Bu gün dünyada “Beynəlxalq Ana Dili” günüdür. İnsan Hakları konvensiyasına görə hər kəs öz ana dilində danışmağ və bu dili yaşatmaq kimi bu haqqa sahibdi. Həmçini mənim köküm olan Talış xalqı daxil Azərbaycanda yaşayan bütün xalqlar da bu haqqa sahibdir. Mən o biri xalqların dəqiq deyə bilmərəm, amma məxsus olduğum xalqın dil məsələsində məlumatlı olduğuma görə bu barədə yazacam.

Talışlar Azərbaycanın millit tərkibində sayda ikinci və yerli bir xalqdırlar. Bu gün dil günü olduğuna görə öz ana dilimin problemləri və onu gözləyən təhlükələr barədə yazacam. 
Azərbaycan Konstitusiyası və qoşulduğu konvensiyalar Talış xalqına öz dilini yaşatması ilə bağlı geniş haqq verir. Məktəblərdə kağız üzərində necə yazılmasından asılı olmayaraq realda Talış dili tədris olunmur. Beş-altı mərkəzlərə yaxın məktəbdə isə tədris olunur, olunmasa ondan yaxşıdı. Tədris edən də kim olsa yaxşıdı? Bədən Tərbiyəsi və Əmək Tə’limi müəllimləri. O da dərs saatları az olduğuna görə bu fənn müəllimıərinə həvalə ediblər. Onlar da “Talış Dili” dərsində uşağlara topu verir ki gedib stadionda bunu qovalayın. İndi mən yox siz deyin, bu yolla uşağ dili mənsəyə bilərmi? Bir dili orta təhsildə tədris etmək üçün bu dilin akademik səviyyədə araşdırılıb onun metodiki tərtibi lazımdı. Bizdə isə bu yoxdur. Talışların mərkəz yaşadığl regionda mərkəz şəhər olan şəhərdə yerləşən universitetdə Talış dilində fakültə yoxdur. Bax niyə yoxdur???
Fakültə oyana qalsıne Lənkəranda “Cənub” adlı bir tv var. O kanal da Talış dilinin yaşamasında böyük rol oynaya bilərdi, lakin oynamır. 21-ci əsrdə bir xalqın yaşadığı coğrafiyada yerləşən tv kanalda onun dilinin yaşağ edilməsi sadəcə dəhşətdir. Deməli bu Ctv-də Talış dilində nəinki danışmağ, mahnı oxumağ, hətta talış sözünü dilə gətirmək belə qadağandır. Bu tv-də hər ispan, rus, ərəb , fransız, lap elə puşmen dilində də danışmağ olar. Tək Talış dilindən başqa. Tarixi dərsliklərdən Talış xanlığı adlnı Lənkəran xanlığı ediblər. Talış bölgəsini Cənub ediblər. Yavaş-yavaş Talış dağlarına Cənub dağları deyirlər. Bəzi dairələr Talış sözü və Talış xalqının Azərbaycan tarixində mövcudluğunu inkar etməyə başlayıblar. Bəs bunu kim edir, bunu da xarici qüvvələr edir? Onlar deyir ki Talış sözünü qadağan elə ?? Azərbaycan çox millətli dövlətdir. Bu ölkədə yaşayan xalqlar hər zaman qarşılığlı hörmət şəraitində yaşayaraq bir evin sakini olublar. Bu ölkədə yaşayan BİZLƏR biri birinə sarılaraq bir dövlətdə bir bayrağ altlnda birləşərək Azərbaycanlı olmuşuğ. Bu qardaşlığı bundan sonra heç kim poza bilməz. Dünya durduqca yaşayacaq bu qardaşlığ. Lakin bəzən bu qardaşlığı sevməyən bəzi qüvvələr kənardakı havadarlarınln dəstəyilə nəsə etmək istəyirlər. Bu arzuları da ürəklərində qalacaq. Gərək biz də elə edək ki bu sadalasığım problemlər olmasın. 21-ci əsrdə dünyəvi dəyərlər üzərində xətt seçən bir ölkədə bu cür problemlərin olmasə çox ayıb bir iş sayılar.

Talış dili BMT-nin bu barədə hesabat kriteriyası şərtlərinə uyğunluqda qırmızı səviyyəli ölən dillər arasındadır. Əslində bizə problem olan bu iş xırda bir məsələdır. Məsələn 1-2 məhkəmə ilə bunu həll etmək olar. Sadəcə olaraq adam Azərbaycandakı məhkəmələrindəki vəziyyəti görəndə ümüdü gələcəyə bağlayır. Talışlatın bu probleminin həllini mən demokratik cəmiyyətdə görürəm. Mən inanıram ki gün gələcək o demokratiya deyilən şey günün birində bu ölkədə də olacaq. Biz də onu görəcik ))))

Sonda isə bir şeyi ürək ağrısı ilə qeyd edim ki öz ana dilinin yaşaması üçün öıkə qanunların zidd olmayan fəaliyyəti olan adanların bəzi qüvvələr tərəfindən SEPARATÇI böhtanı ilə üzləşməsi şəxsən mənə çox üzür. Şəxsən mən dəfələrlə bu cürə layiq olmadığım ifadəylə qarşılaşmışam . Bunu deyən adamlar bilmirlər ki bir talışa separatçı deməklə onlar özlərini hüququn mühakiməsi altına atırlar. Müvafiq ifadələri cinayət tərkibli əməldir. Lakin mən o adamlara qarşı heç vaxt qanunun veridiyi üstünlükdən yararlanmaram. Ona görə ki mən bunların səviyyəsinə enmərəm. Bu işdə daha təhlükəli bir nüansda var ki talışlara separatçı deməklə qızışdırcılığ edən adamlar özlərini PANTÜRKÇÜ kimi təqdim edirlər. Belə insanlardır bu ölkədə qardaşlıq arasında nifaq toxumu səpmək sevdasına düşən. İşin talışlar demiş MIRT tərəfi də odur ki özlərini PANTÜRK kimi təqdim edən adamların heç biri TÜRK soyundan deyil. Başqa etnosdansılar. Lakin Türk adını qara məqsədlə öz iyrənc əməllərində istifadə etmək istəyirlər.
Sonda isə hamımızın bir vətəni olması və bu vətənin qorunmasının çox vacib olmasını düşünürəm. Allah vətənimizi qorusun.

Yaşasın AZƏRBAYCAN!!"

©Fuad Jaliloff

Category: TALİSH | Views: 60 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar