Salam
/ Новости сайта / Политика / “BU PSİXOZ BİTƏNDƏN SONRA MARAQLI ŞEYLƏR DANIŞACAM” - Lukaşenko inadından əl çəkmir - Video
06.08.2020

“BU PSİXOZ BİTƏNDƏN SONRA MARAQLI ŞEYLƏR DANIŞACAM” - Lukaşenko inadından əl çəkmir - Video

“BU PSİXOZ BİTƏNDƏN SONRA MARAQLI ŞEYLƏR DANIŞACAM” - Lukaşenko inadından əl çəkmir - Video


 

Belarus prezidenti Aleksandr Lukaşenko ölkə müəssisələrinin birindəki çıxışı zamanı dünyanı bürüyən koronavirus epidemiyası ilə bağlı maraqlı fikirlər səsləndirib.

“AzPolitika.info” xəbər verir ki, inadla ölkəsini karantin rejiminə keçirməkdən imtina edən Belarus prezidenti bu dəfə insanları koronavirusun necə peyda olması və ondan ən çox kimlərin yararlandığı barədə düşünməyə çağırıb.

A.Lukaşenko deyib ki, bu pandemiya barədə bildiyi çox şeylər var və bunları “koronavirus psixozu” bitəndən sonra açıqlayacaq: “Bu koronavirus, virus yox, psixoz bitəndən sonra mən sizə çox maraqlı şeylər danışacam. Sizsə iki sual üzərində düşünün – koronavirus əllə törədilən infeksiyadır, yoxsa təsadüfən havadan əmələ gəlib? O, kimə lazım idi? İkinci sual – dünyada mənim həmkarlarım olan siyasətçilər və digərləri bundan öz maraqları üçün istifadə etməyə çalışıblarmı?...”

Beləliklə də, Lukaşenko iki sual üzərində düşünməyi məsləhət görüb: “bu virus kimə lazım idi və ondan kim istifadə etdi”.

Daha sonra “sarı jeletlilərin” aksiyalarını xatırlatmaqla sətiraltı şəkildə Fransa, eləcə də digər Avropa və nəhəng dünya ölkələri rəhbərlərinə eyham vuran Lukaşenko onların “odla oynadıqlarını” deyib. Lakin bu barədə pandemiya bitəndən sonra danışacağını söyləyən Belarus prezidenti bir daha koronavirusun məqsədli şəkildə yayıldığı və bundan sui-istifadə edildiyi fikrində olduğunu vurğulayıb.

Daha sonra növbəti dəfə Rusiyanın ölkəsilə sərhədləri bağlamasından gileylənən Lukaşenko «dost dar gündə tanınır” deyərək, Belarusun yalnız öz gücünə arxalanmalı olduğunu bildirib. Həmçinin xatırladıb ki, Belarusun Rusiya qədər maddi imkanları, maliyyə resursları yoxdur.

Dünən keçirilən buzüstü xokkey matçında iştirak edən Aleksandr Lukaşenko jurnalistlərin suallarına cavab verərkən isə “diz üstə yaşamaqdansa, ayaq üstə ölmək yaxşıdır”, deyə bildirib. Belarus prezidenti koronavirus epidemiyasının onun iş qrafikinə necə təsir etdiyi barədə suala cavab verərkən belə deyib. Lukaşenko əlavə edib ki, idman, xüsusilə də buzüstü xokkey istənilən virusla mübarizə üçün ən yaxşı vasitədir: “Burda heç bir virus yoxdur, bura (buz meydançası-red.) soyuducudur”.

Bundan əvvəl isə çıxışlarının birində Belarus prezidenti demişdi ki, koronavirusla mübarizə üçün ən effektli vasitələr “hamam, vodka və saladır”.

 

 

Xatırladaq ki, Belarus Avropada və keçmiş SSRİ məkanında koronavirusla bağlı heç bir karantin tətbiq etməyən iki ölkədən biridir (Digəri İsveçdir). Ölkədə idman yarışları da daxil olmaqla, kütləvi tədbirlərə heç bir məhdudiyyət qoyulmayıb, müəssisələr, orta və ali məktəblər, ticarət obyektləri və s. əvvəlki qaydada fəaliyyət göstərir, sərhədlər bağlanmayıb.

Koronavirus bütün dünyada pandemiya elan ediləndən indiyə qədər Belarusda cəmi 94 koronavirusa yoluxma halı qeydə alınıb, ölən yoxdur.

Cəlal

Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Категории раздела
TMH XABAR [260]
TMMR XABARLAR [81]
MADANİYYAT [15]
TALIŞH [227]
SIYASƏT [108]
SOSİAL ŞƏBƏKƏ XABARLARİ [12]
SİYASAT
ELİM VƏ İNKŞAF [13]
TARİX [23]
İDMAN [3]
TARİXİ ÇİXŞLAR [4]
SOSİAL PRABLEMLƏR [11]
TOLIŞİ POEZİYA . [25]
XƏBƏRLƏR [524]
События в мире [1]
Россия [3]
Политика [6]
Бизнес [1]
Технологии [0]
Наука [0]
Здоровье [1]
Спорт [0]
Образование [0]
Site information [1]
Dear, valuable and dear to our readers and regular followers of our site. Our site provides you with all kinds of news - economic, cultural, scientific, religious information and materials, as well as poems, stories and other valuable materials.   We consider informing as our main goal for you. Also, one of our main goals is the timely, accurate and honest reporting of traditions and customs, moral and social problems of other indigenous peoples of the country, as well as communicating the problems of the Talyshs to the world community as a whole! In particular, we thank and ask you for providing us with valuable information and materials, using every opportunity to achieve our goals, we thank those who helped us by conducting quick, timely and in-depth studies!   Site managers , Ruslan Almaszada . Deputy Head and Technical Manager Ilham Babazade. Tel.0031686031475
Календарь
«  Апрель 2020  »
ВсПнВтСрЧтПтСб
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Total of answers: 10
Статистика

Онлайн всего: 3
Гостей: 3
Пользователей: 0