/ Новости сайта / TMH XABAR / Buna nə ad qoyaq -  Dərəbəyilik, İrtica, ya Faşizm?
12.07.2020

Buna nə ad qoyaq -  Dərəbəyilik, İrtica, ya Faşizm?

175 0 TMH XABAR
Buna nə ad qoyaq -  Dərəbəyilik, İrtica, ya Faşizm?...


Əldə etdiyimiz məlumata görə siyasi baxışlarına görə şərlənərək həbs edilmiş Fəxrəddin Abbasov(Əboszodə) haqqında artıq qəti qərar verilmişdir:- Fəxrəddin Abbasov artıq 11 saylı ciddi rejimli həbsxanada saxlanılacaq!
Haqqında qeyri-adekvat, 16 il məhkum edilmə qərarı verilməsi bir yana, istintaq və məhkəmə dövründə hüquqlarının kobud şəkildə pozulması bir yana, indinin özündə də F. Abbasova qarşı mürtəce addımlar davam etməkdədir! Belə ki, bu ilin fevral ayının 25-də məhkəmə qərarından apelyasiya şikayəti verilsə də indiyə qədər nə apelyasiya şikayətinin qeydə alınması, nə də şikayətə baxılma vaxtı barədə F. Abbasova və yaxınlarına heç bir xəbər verilməmişdir!
Lakin məhkəmə qərarı qüvvəyə minmədən F. Abbasov cəzaçəkmə müəssisəsinə qanunsuz olaraq köçürülmüşdür və hələ də təkadamlıq cəza otağında saxlanır!
Buradan belə qənaətə gəlmək olur ki, ya apelyasiya şikayəti qeydə alınmadan , apelyasiya şikayətinin ötməsi barədə qərar verilmişdir, ya da F.Abbasovun özünün iştirakı olmadan məhkəmə keçirilib və qərar verilib!
Aldığımız məlumatların nə dərəcədə həqiqətə uyğun olduğunu rəsmi təsdiqləmək də müşkülə çevrilib, belə ki, məhkəmə saytlarında F.Abbasovun işinə dair sənədlər yerləşdirilmir, baxmayaraq məhkəmənin qismən qapalı keçirilməsi barə də qərar verilmişdi!
Bu ölkədə Haqqa, Ədalətə xidmət edən bir insan varmı?  Vəkillik institutu tamamilə məhv edilərək yaltaq, qorxaq və satqın bir insan yığınına çevirmişdir! Aralarında az-çox ləyaqəti olanlar, və ya ləyaqətini qorumağa səy göstərənlər varsa, onları da sındırılar! Nəticədə ləyaqət və insanlıqlarını sataraq həmən vəkillər ailələrinə "çörək pulu" qazanırlar. Bəs olar bu cür şərəfli, ləyaqətli övladlar böyüdüb tərbiyə edə bilərlərmi?
"Demokratik müxalifət",
"Azad, müstəqil QHT-lər" də iki yerə bölünüb, bir qismi Fəxrəddin Abbasovun hüquqlarını(qeyd:-Hüquqlarını, İdeyalarını yox !) qorumaqdan qəti imtina edərək hakimiyyətlə həmrəylik nümayiş etdirir, digər qismi isə Susqunluq nümayiş etdirir, məsələni görməzdən gəlir( "Məndən ötsün, qonşuya-qardaşıma dəysin!"  "Təki qrantıma dəyməsin!")
Bu gün 28 May Cümhuriyyət günüdür! Cümhuriyyət sözündə "Hürriyyət" sözü var!
Budurmu "Hürriyyət", budurmu " Azadlıq"? Ya bunlar ölkədə yaşayan yalnız bir xalq üçün nəzərdə tutulub? Cənablar açığını deyin hamı bilsin!
Cənablar bunun adını siz deyin: - Dərəbəyilik, İrtica, ya Faşizm?

Talış Milli Hərəkatı .
 
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Категории раздела
TMH XABAR [248]
TMMR XABARLAR [80]
MADANİYYAT [15]
TALIŞH [227]
SIYASƏT [105]
SOSİAL ŞƏBƏKƏ XABARLARİ [12]
SİYASAT
ELİM VƏ İNKŞAF [13]
TARİX [23]
İDMAN [3]
TARİXİ ÇİXŞLAR [4]
SOSİAL PRABLEMLƏR [11]
TOLIŞİ POEZİYA . [25]
XƏBƏRLƏR [524]
События в мире [1]
Россия [3]
Политика [6]
Бизнес [1]
Технологии [0]
Наука [0]
Здоровье [1]
Спорт [0]
Образование [0]
Site information [1]
Dear, valuable and dear to our readers and regular followers of our site. Our site provides you with all kinds of news - economic, cultural, scientific, religious information and materials, as well as poems, stories and other valuable materials.   We consider informing as our main goal for you. Also, one of our main goals is the timely, accurate and honest reporting of traditions and customs, moral and social problems of other indigenous peoples of the country, as well as communicating the problems of the Talyshs to the world community as a whole! In particular, we thank and ask you for providing us with valuable information and materials, using every opportunity to achieve our goals, we thank those who helped us by conducting quick, timely and in-depth studies!   Site managers , Ruslan Almaszada . Deputy Head and Technical Manager Ilham Babazade. Tel.0031686031475
Календарь
«  Май 2020  »
ВсПнВтСрЧтПтСб
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Total of answers: 10
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0