search
menu
person

NEWS AND UDATES


13:11
Bundestaq Azərbaycandan pul alan deputatı 20 min avro cərimələyib

Bundestaq Azərbaycandan pul alan deputatı 20 min avro cərimələyib

Karin Strens. Foto: gettyimages

Bundestaq (Almaniya parlamenti) deputat Karin Strensi lobbi firması vasitəsilə Azərbaycandan pul aldığı üçün 20 min avro cərimələyib və ona töhmət verib.

SPIEGEL-in məlumatına görə, Xristian-Demokrat İttifaqının (XDİ) deputatı K. Strens, 2014-2015-ci illərdə “Line M-Trade” lobbi firmasından 14-30 min avroya qədər pul alıb. Digər deputat Eduard Lintner bu firmanın Bakıdan maliyyələşdirildiyini təsdiqləyib.

  • Deputatların Davranış Kodeksini pozduğuna görə Avropa Şurası Parlament Assambleyası onun AŞPA-ya gəlişinə ömürlük qadağa qoyub.

Karin Strens kimdir: Deputat 2015-ci ildə Avropa Şurasının Azərbaycanda siyasi məhbusların azadlığa buraxılması tələbinin əleyhinə səs verən yeganə alman üzvü olub. O, həmçinin Azərbaycanda seçkilərə nəzarət missiyasında iştirak edib.

Category: XƏBƏRLƏR | Views: 40 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar