search
menu
person

NEWS AND UDATES


12:04
Butun dunya demokratik qüvvələrə və beynəlxalq təşkilatlara ,  M U R A C İ Ə T İ
Azərbaycan Respublikasının Talış-Muğan mahalının Masallı rayon Hışkədərə kənd sakini Əhmədov Rəşaddan,
Talış Muğan Muxtar Respublikasının mühacir hökümətinə,
Nederland krallığında rəsmən qeydiyyatından keçən Talış Milli Hərəkatının İdarə heyyətinə
Butun dunya demokratik qüvvələrə və beynəlxalq təşkilatlara ,   

                                                                           M U R A C İ Ə T İ : 


 Mən, Əhmədov Rəşad Əhməd oğlu, 13 06 1980-cı ildə Masallının Hışkədərə kəndində anadan olmuşam. Talış millətinin yaşamı naminə aktivist, fəal kimi , öz xalqımın haqq və hüquqlarının pozulmasına qarşı, daima mübarizə aparmış bir şəxs kimi, Masallı Rayon polisi və kənd icra nümayəndəsi tərəfindən daima təqib, təhqir və həbs olunmuş və olunmaqdayam. Daha əvvəllər, mən, dəfələrlə inzibatı qaydada sutkalıq həbs edilmişəm, 2018 ci ildən Fəxrəddin Abbasovun hüquqların müdafiə komitəsinin üzvü olduğumdan, qeyri-insani təzyiqlərə məruz qalmışam . Yaşadığım kənd icra nümayəndəsi, dövlətçiliyin əsasi sayılan ailənin,-indiki halda, mənim ailəmin dağılması istiqamətində iyrənc bir əməlin həyata keçirilməsi əməlinə start vermişdir.  Belə ki, kəndin həmin qadın icra nümayəndəsi, həyat yoldaşıma məndən imtina etməsi barədə təhdidli təzyiq və təxribat əməllərini intensiv davam etdirir, atamı rayon polis idarəsinə çağıraraq, mənim Talış xalqının alim-şəhidi Novruzəli Məmmədovun məzarını ziyarətim və Talışın yaşam fədaisi və ümümvətən qazisi Cəmil Haciyevin şərləmə məhkəməsində iştirak zaman çəkilən foto şəkilləri ona təqdim edərək, məndən, öz doğma övladından, məcburi imtina ərizəsi yazdırmışdılar.
 Hazırda,  əllərində olan butun imkan və fürsətlərdən istifadə edirlər ki , mən öz milli mənsubiyyətimdən, Talış olmağımdan, imtina etdirsinlər. 
Butun dünyaya səslənirəm , Azərbaycan Respublikası adında ölkədə, onun köklü xalqlarından biri olan Talışa və onun yaşamı naminə fəallıq göstərən hər bir vətəndaşına münasibət, eynən mənə olan münasibət kimidir!
Talış Muğan Muxtar Respublikasının mühacir hökümətinə və Talış Milli Hərəkatının rəhbərliyinə müraciət edərək, rica edirəm, mənə münasibətdə olan bu qeyri-insani, qeyri qanuni təzyiqlər barədə məlumatları beynəlxalq səviyyədə ictimaiyyətləşdirməklə, beynəlxalq hüquq müdafiə təşkilatlarına çatdırasınız.
 Taleyimə biganə olmayanların diqqətinə çatdırıram ki, baş verəcək hər cür faciəvi hadisə üçün əsas məsuliyyəti AR-nın Masallı rayon hüquq mühafizə qurumları daşıyır!
 Dərin hörmətlə,

 Talış Milli Hərakatın üzvü,

 Rəşad Əhmədov .

11 oktyabr 2019-cu il, Azərbaycan Respublikası, Masallı rayonu.

tolishstan.com
Category: TMH XABAR | Views: 128 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $