search
menu
person

NEWS AND UDATES


09:16
"Cənub" demə, bağrım başı alışdı

"Cənub" demə, bağrım başı alışdı.

"Cənub" dedin, adım düşdü yadıma,
"Talış" deyir cümlə-cahan adıma.
Unudulsam, dağlar çatar dadıma.
Dağlar şahid, axı yurdum Talışdır,
"Cənub" demə, bağrım başı alışdı.

Dilə gətir- bu diyarın adı var,
İnsanları xoş niyyətli, düz ilqar.
Qorxu bilməz dağlarında bir vüqar.
Bu adımla bütün dünya barışdı,
"Cənub" demə, bağrım başı alışdı.

Allah vermiş bu adımı- bax belə!
Həkk olunub dağa, daşa kim silər?
Kaş ki, Talış tarixini bir bilə,
Əli Nasir qələmiylə vuruşdu,
"Cənub" demə, bağrım başı alışdı.

Talış qardaş, gəl adınla öyün sən,
Ucalarsan, öz adınla böyüsən.
Adını de, sən cənublu deyilsən.
Kim olmusan? Bir ağlını çalışdır,
"Cənub" demə, bağrım başı alışdı.

21-22. 09. 2019 il.

Elmas Hidayəti .
 






tolishstan.com

Category: TOLIŞİ POEZİYA . | Views: 118 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $