19:29
CİSMİ TALIŞ,RUHU TALIŞ DOĞULDUM

CİSMİ TALIŞ,RUHU TALIŞ DOĞULDUM

Bu şeiri həbsxanada vəfat etmiş,Novruzəli Məmmədov,Fəxrəddin Əboszoədə və həbsdə yatmış Hilal Məmmədov kimi alimlərimizə ittihaf edirəm.

Sözlərimdə məna gəzən"zolaqlı",
Bir söz deyim,sən də dinlə,"qulaqlı".
Fikirlərim göy meşəli,bulaqlı,
Cismi talış,ruhu talış doğuldum,
Çıxım dağa,havam çatmır,boğuldum.
Kürəyimdə hiss edirəm dağları,
Harayım da ötür ötən çağları,
Qırma vətən,millət deyən bağları,
Dostlar deyir,axı sən də oğuldun,
Çıxım dağa,havam çatmır,boğuldum.
Şeirlərim naşı üçün topxana,
"Vurram"deyir,ölümündən qorxsana.
Gözləyirlər şair çaşa,tez sına.
Dünən axı bir udumluq noğuldum,
Çıxım dağa,havam çatmır,boğuldum.
Hidayəti,bir yol göstər-doğru yol,
Dayağındır Talış dağı,güclü qol,
Məhəbbətdən yazan nasir,şair bol,
Mən də yazdım,amma ki,tez yoruldum,
Çıxım dağa,havam çatmır,boğuldum.

Hidayəti Elmas
Şəkildə bunlar ola bilər: 1 nəfər, ayaqda, çöldə və təbiət
 
Category: Tolışi poeziya | Views: 42 | Added by: tmmrtalish | Tags: Hidayəti Elmas | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: