Salam
/ Новости сайта / TMH XABAR / DAĞLIQ QARABAĞ (ARSAX) VƏ TALIŞ-MUĞAN ÜÇÜN ÖZÜNÜİDARƏETMƏNİN ALAND MODELİ. I HİSSƏ.
06.08.2020

DAĞLIQ QARABAĞ (ARSAX) VƏ TALIŞ-MUĞAN ÜÇÜN ÖZÜNÜİDARƏETMƏNİN ALAND MODELİ. I HİSSƏ.

127 0 TMH XABAR

DAĞLIQ QARABAĞ (ARSAX) VƏ TALIŞ-MUĞAN ÜÇÜN ÖZÜNÜİDARƏETMƏNİN ALAND MODELİ.
I HİSSƏ.

FEDERASİYA-POLİETNİK DÖVLƏTDƏ EFFEKTİV İDARƏRTMƏ FORMASI KİMİ

BİSMİLLƏH! Çoxmillətli dövlətlərdə federativ üsuli- idarənin yeganə və perspektiv idarəetmə forması olduğu artıq dünya praktikasında sübut olunmuşdur.Təsadüfi deyil ki, yüksək iqtisadi-siyasi göstəricilərə malik qüdrətli dövlətlərin böyük əksəriyyəti məhz federativ idarəetmə səbəbindən özlərinin uzunmüddətli dayanıqlı inkişaflarını təmin etmişlər.Multikultural dəyərlərə malik dövlətlərdə bütün ölkə üçün ümumilikdə vahid qanunlar tətbiq etmək mümkünsüzdür.Hər bir qrop, sinif daşıdığı dəyərlərə müvafiq öz qanunvericiliklərini və qanunların icra mexanizmlərini özləri müəyyən etməlidirlər.Qanunçuluğun dünya praktikasında tətbiqi ondan ibarətdir ki, qanunlar ilk növbədə, ərazidə yaşayan insanların milli-mənəvi dəyərləri nəzərə alınmaqla hazırlanmalıdır.Bir bölgənin, sinfin, qropun daşıdığı dəyərlər sistemini isə ən yaxşı halda həmin zümrənin içərisindən çıxanlar bilir. Belə olan halda yerli, yaxud daxili idarəçilik qaçılmaz olur.
Polietnik dövlətlərdə çoxsaylı millətlərin mövcudluğu onların etnos olaraq hüquqlarının təminatı məsələsini dövlət qarşısında öhdəlik qoyur. Qanunun aliliyinin təmin olunduğu cəmiyyətlərdə bütün qrop və siniflərin fəaliyyətlərinin hüquqi təsbiti olmalıdır.Hökmən hüquq onların fəaliyyətlərinin norma və kriteriyalarını , qadağalarını və haqlarını tənzimləməlidir.Əks halda qropların haqlarınınn tənzimlənməməsi ,fəaliyyətlərinin leqallaşdırılmaması sonda dissident hərəkatların meydana gəlməsinə rəvac verəcək ki, bu hal isə cəmiyyəti destruktv vəziyyətə daşıya bilər.
Azərbaycan Respublikası çoxmillətli dövlətdir.Və etnik qarşıdurmsların silahlı münaqişəyə çevrildiyi ölkələrdəndir.Bu səbəbdən Dağlıq Qarabağ problemi kimi bütövlükdə regionun inkişafına , stabilliyinə əsaslı təsir göstərən bir münaqişə ocağı yaranmışdır.90-cı illərdə hakim -dairələrin şovinist-pantürkçü siyasətlərinin nəticəsi olaraq Azərbaycan dövləti milli zəmində parçalanma hədəsi ilə üz-üzə dayanmışdı .Ölkənin şimalında ləzgilər, qərbdə Dağlıq Qarabağ xalqı(erməni icması) və tarixi Talış Muğan torpaqlarında talışlar öz dövlətçiliklərini ərsəyə gətirmişdilər.Rəsmi Bakının müdaxiləsi ilə birtərəfli qaydada muxtariyyət yolunu tutmuş ləzgilərin Ləzgistan(Sadval) və talışların yaratmış olduğu Talış Muğan Muxtar Respublikası süquta uğradıldı. Hazırda Azərbaycan dövləti tərəfindən tanınmamış Talış Muğan Muxtar Respublikasının mühacir höküməti ölkə hüdudlarından kənarda məskundur.Ermənistanın bilavasitə dəstəyindən yararlanan Dağlıq Qarabağ isə de-fakto müstəqil dövlət kimi fəaliyyətni sürməkdədir.Azərbaycan dövləti beynəlxalq hüquq normalarına söykənərək Qarabağı öz ərazisi hesab edir.Və dünya ictimaiyyəti də Dağlıq Qarabağı üzərində Azərbaycanın Respublikasının suverenliyini tanıyır.Beləcə de-fakto müstəqil dövlət olan Dağlıq Qarabağ Azərbaycanla müharibə şəraitindədir.Rəsmən Ermənistanla Azərbaycan arasında(Azərbaycan D.Qarabağı danışıqlarda tərəf kimi tanımır)1994-cü ildə atəşkəs bağlansa da keçən illər ərzində münaqişə dondurulmamış , bəzən müharibə həddinə çatmışdır.Azərbaycan dövləti Dağlıq Qarabağın erməni icmasına özünüidarəetmə statusları təklif etsə də Dağlıq Qarabağ xalqı(erməni icması), o cümlədən Ermənistan dövləti bu təklifləri qeyri-ciddi , qeyri-səmimi hesab edir.Səbəb kimi Azərbaycan dövlətinin öz ərazisində yaşayan etnosların milli haqlarını təmin etməməsini göstərirlər.D. Qarabağın erməni icması Azərbaycan dövlətinin nəzarətinə keçəcəkləri halda eyni aqibətlə üzləşəcəklərindən ehtiyyatlanırlar.Azərbaycan dövlətinin problemin sülh yolu ilə həlli prosesində D. Qarabağın erməni icmasının ayrıca bir tərəf kimi iştirakını qəbul etməməsi də danışıqlar prosesinin nəticəsiz qalmasına böyük təsir göstərir.
Azərbaycan dövləti D. Qarabağda yaşayan əhalinin ayrıca bir millət, xalq olaraq qəbul etmir.Bu isə D. Qarabağda yaşayan ermənidilli əhalinin (onları genetik cəhətdən tam erməni hesab etmək olmaz)narazılığına səbəb olur. Bu üzdəndir ki, D.Qarabağın erməni icması və onların himayədarı Ermənistan dövləti ən yüksək səviyyədə, Azərbaycan dövlətinin ilk öncə öz ərazisində yaşayan etnosların, o cümlədən talışların milli haqlarını təmin etməli olduğunu və sülh danışıqlarına digər etnosların nümayəndələrinin də sülh danışıqlarına cəlb edilməsini təklif etmişdi.
Beləcə, etnik münaqişə illərdir ki, həllini tapmamaqdadır.D.Qarabağ münaqişəsinin həlli üçün müxtəlif muxtariyyət modelləri təklif olunmuşdur.Fikrimcə, onların içərisində ən üstün və Azərbaycan reallığında tətbiq oluna biləcək model Aland modelidir.Niyə məhz Aland? Çünki, bu model bir əsrə yaxındır ki, özünü doğrultmaqdadır.Digər tərəfdən Azərbaycan reallığında özünüidarəetmənin digər modelləri özünü doğrultmamışdır.Biz, D Qarabağ və Talış Muğan muxtariyyətlərinin timsalında görmüşük.Aland adaları kimi D.Qarabağ və Talış Muğan əraziləri də nə vaxtsa Rusiyaya ilhaq olunmuş ərazilərdir.Bu mənada aqibətləri bənzərdir.
ALAND ADALARI.ÜMUMİ MƏLUMAT.

Aland adaları Finlandiya ilə İsveç arasında yerləşən bir-birinə yaxın adalar qropudur.Arxipelaqın 8 min adadan ibarət olduğu göstərilir( Ali Abbasov Arutr Xaçaturyan, " Karabaxskiy konflikt.Variantı i reşenie idei i realnost" .M 2004).
Əsas ada -Alandın adı ilə arxipelaq adlandırılmışdır.Vaxtilə ruslar tərəfindən inşa olunmuş Marienqam şəhəri bu adada baş şəhərdir.Sahəsi 1426 kv.km, əhalisi 1978-ci ildə 23 min , keçən onillikdə isə 25 minə yaxın olmuşdur.Demoqrafik inkişafın qanunauyğunluqlarını nəzərə alsaq xx əsrin əvvəllərində adada əhalinin 17-20 min olduğunu təxmin edə bilərik.Bəlli coğrafiyada təbii artımın zəif olması da nəzərdən qaçmamalıdır.
İsveçlilərdən ibarət əhalisi əla dənizçidir, ova xüsusi diqqət yetirirlər və bu onların yaşayış tərzləridir.

TARİXİ.
Adalar uğrunda rus və isveçlilər arasında amansız müharibələr olmuşdur.Rusiya ilk dəfə olaraq 1714 -cü ilin iyulunda isveçliləri dəniz döyüşündə məğlub edərək adalara yiyələnmişdir.Adalar uğrunda rus-isveç müharibələri sonradan da davam etmiş , qarşılıqlı qələbə və məğlubiyyətlər qeydə alınmışdır.1809-cu ilin martında rus qoşunları general Knorrinqin rəhbərliyi altında güclü hücuma keçmiş və müqavimət göstərməyin mənasız olduğunu anlayan İsveç tərəfi geri çəkilmişlər.Ruslar bu hücumda üç min isveç əsgərini əsir götürmüşdür.abzas.5 sentyar 1805-ci il sülh müqaviləsinə görə , Aland adaları Rusiya İmperiyasına verilir.Rusiyada fevral inqilabınadək adalar rəsmən Rusiya İmperiyasının ərazisi sayılırdı.Çar Rusiyasının süqutu və bolşeviklərin hakimiyyətə gəlməsilə Sovet Rusiyası 1917-ci ilin 6 dekabrında Finlandiyaya müstəqillik verdi.Bu zaman Aland adalarının isveç mənşəli əhalisi öz köhnə vətənləri olan İsveçə birləşmək haqqında məsələ qaldırır və bu barədə adaların yaşlı sakinləri tərəfindən imzalanmış sənədi İsveç kralına təqdim edir.Finlandiya dövləti isə adaları öz ərazisi hesab edir və İsveç vermək istəmirdi.Finlandiya dövləti Alandlılara müəyyən daxili özünüidarəçilik formasını təklif etdi.Finlandiya parlamenti 1920-ci ildə Aland adalarının özünüidarəçiliyinə dair qanun qəbul etdi. Qanun birtərəfli qaydada qəbul olunduğundan Aland əhalisi bu qanunu tanımadılar.
Münaqişə beynəlxalq xarakter aldığına görə , Aland adalarının statusu haqqında məsələ Millətlər Liqası qarşısında qaldırıldı.

DAĞLIQ QARABAĞ( ARSAX, ARİŞAK).ÜMUMİ MƏLUMAT.

D.Qarabağ (Arsax) Azərbaycan Respublikasının qərb bölgəsində yerləşən tarixi bir vilayətdir.Beynəlxalq hüquqi normalarda ərazinin üzərində Azərbaycan dövlətinin suverenliyi tanınsa da de-fakto müstəqil dövlətdir.Ermənistan bu vaxtadək D.Qarabağı müstəqil dövlət kimi tanımamışdır.
Sovet hakimiyyəti dövründə bu ərazidə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi 4,4 min kv.km olmaqla Azərbaycanın ümumi ərazisinin 1/5 -% ni təşkil etmişdir.1970-ci ildə siyahıyalmanın nəticələrinə əsasən DQMV-nin 150.313 nəfər əhalisi olmuşdur
DQMV-nin tərkibinə Əsgəran rayonu, Martuni rayonu ,Şuşa rayonu və vilayət tabeli Xankəndi (Stepanakert)şəhəri daxil idi.

QARABAĞ VƏ ARTSAX SÖZLƏRİNİN ETİMOLOGİYASI.

Qarabağ adı Azərbaycan dilindəki "qara" və "bağ" sözlərindən əmələ gəlmişdir.Azərbaycan dilində "qara" nın rəngdən başqa "sıx", "qalın", "böyük", "tünd" və başqa mənaları da vardır.
Bu baxımdan, "Qarabağ" termini "qara-bağ" ,yəni "böyük bağ", "sıx bağ" vəs mənaları kəsb edir.
Bununla belə, talışlar arasında Qarabağ toponiminin Ğərə-bağ sözlərindən formalaşdığı yayğındır.İddia olunur ki, Talış xanı Qara xanın yay iqamətgahı olduğundan bu torpaqlar Qarabağ kimi tanınmışdır.Amma, bu faktın doğruluğuna dair əlimizdə dəlil yoxdur.

Arsax D. Qarabağın ermənicə qədim adıdır.Arsax sözü Ari və sax sözlərinin birləşməsindən əmələ gəlmişdir ki, mənası ari saklar deməkdir.Bu sözün irani dillərdə, o cümlədən, talşşca variantı Arişak -dır.
QARABAĞIN TARİXİ.
D.Qarabağ qədim yaşayış məskənlərindən biridir.Ərazidə ən qədim yaşayış məskənlərindən biri olan Azıx mağarası aşkar edilmişdir.Azıx adamının (azıxontrop) 350-400 min il əvvəl yaşadığı güman olunur.
Ən yeni daş dövründə , eləcə də tunc və ilk dəmir dövrlərinndə Qarabağ mədəniyyəti (e.ə xııı-vıı əsrlər) formalaşmışdır və mədəni həyatın inkişafi ilə yanaşı,etno-siyasi proseslər də davam etmişdir. E.ə.ıx-vı əsrlərdə İran Azərbayanında qüdrətli Manna dövləti meydana gəlmişdir.Manna dövlətinin Assuriya və Urartu kimi qüdrətli qonşuları var idi.Manna uğrunda Urartu və Assuriya arasında amansız qanlı müharibələr olurdu.Qarşılıqlı qələbə və məğlubiyyətlər olurdu.
D.Qarabağ ayrı-ayrı vaxtlarda Manna, Urartu,Assuriya, Midiya və daha sonralar Əhəmənilər imperiyasının tərkibində olmuşdur.Makedoniyalı İsgəndər (e.ə 356-323) Əhəməni imperiyasını dağıtdıqdan sonra müasir Azərbaycan Respublikası ərazisində Albaniya, İran Azərbaycanında isə Atropatena dövlətləri yaranmışdır.Atropatena müəyyən tarixi dövrlərdə müasir Azərbaycan Respublikasının cənub bölgələrini(Talış Muğan) və Qarabağ ərazisinə daxil olan torpaqların bir hissəsinə yiyələnmişdir.Atropatena ilə eyni zamanda qurulmuş Albaniya dövləti sərhədlərini genişləndirərək bütün Qarabağ ərazisini əhatə etmiş və bu vilayəti öz tərkibində qoruyub saxlamaq üçün misilsiz mübarizə apararaq, bəzi istisnalarla buna nail olmuşdur.
Ərəb işğalınadək ərazi rəsmən Sasanilərin torpağı hesab olnurdu(Albaniya Sasanilərin vassalı idi).vıı əsrdə ərəblər İran(Sasani) imperiyasının varlığına son qoyduqdan sonra, bütün imperiya ərazisini Xilafətin tərkibinə qatdılar.Bu zaman keçmiş İran imperiyasının ərazisində islam sürətlə yayılmağa başladı.Bu hal isə əhalisinin əksəriyyətini xristianlar təşkil Albaniyanın etnik tərkibinə əsaslı təsir göstərdi.D.Qarabağın yerliəhalisi qafqazdilli albanlardan ibarət olmuşdur.İslamı qəbul edən albanlar ,xristian albanlardan uzaq düşürdülər .Beləcə, azlıqda qalan xristian albanlarda Qriqorianlaşma prosesi başladı( o vaxtadək ermənilər monofizit, albanlar isə diofizit olmuşlar).Bu gün D. Qarabağda özlərinə erməni deyən millətin heç də hamısı genetik olaraq erməni deyildir, əksəriyyəti erməniləşmiş albanlardır.Albanlar qafqazdilli xalqdır.Onların qalıntılarını biz, Azərbaycan Respublikasının şimal və şimal-qərbində görməkdəyik.Ləzgi, Saxur(atəşpərəst), Udin , Ləki və.s albanlardan geriyə qalan xalqlardandır.
Ərəb Xilafəti parçalandıqdan sonra D. Qarabağ ərazisində Sünik və Xaçın-Arsax knyazlıqları yaranmışdır.xıı əsrin sonlarına yaxın Sünik padşahlığı dağılmış, buradakı hakim sülalə 1166-cı ildən knyaz Qriqorun və Sumbatın ölümü ilə hakimiyyəti itirmişdir.xıı əsrin sonu , xııı əsrin əvvəllərində Arsax ərazisində Həsən Cəlalın rəhbərliyi ilə Xaçın knyazlığı yaranır.
Monqolların ıı yürüşü ilə bütün müasir Azərbaycan Respublikası ərazisi kimi Qarabağ əraziləri də Ali Monqol Xaqanlığının (1239-1256), sonra isə Hülakilər (Elxanilər) dövlətinin(1256-1357) tərkibində idi.Məhz bu dövrlərdə ərazi Qarabağ kimi məşhurlaşmışdı.(abzas)xv əsrdə D.Qarabağ Qaraqoyunlu(1410-1461),və Ağqoyunlu (1468-1501) tərkibində olmuşdur.
XV əsrdə keçmiş Xaçın-Arsax knyazı Həsən Cəlalın(Cəlalilər) soyu Qaraqoyunlu Cahan şahdan "məlik" titulunu aldılar.Sonralar Cəlalilər mülkü beş feodal knyazlığa-məlikliyə parçalandı.Məlikliklər bunlar idi: Gülüstan(Talış) , Çiləberd,Xaçın , Vərəndə Dizaq.
1501-ci ildə Səfəvilər dövlətinin yaradılması ilə D.Qarabağ Səfəvilər dövlətinin nəzarətinə keçir.
Bu dönəmlərdə Gəncə-Qarabağ bəylərbəyliyi yaradılır və Qarabağ ərazisi də bu bəylərbəyliyə tabe edilir.
Səfəvilərin zəifləməsindən istifadə edən Nadiş şah Əfşar 1736-cı ildə bu dövlətin varlığına son qoydu və Əfşarlar sülaləsinin əsasını qoydu.Nadirin ölünü ilə yaratmış olduğu nəhəng imperiya dağıldı.Bu zaman xırda xanlıqlar yaranmağa başladı.Keçmiş Gəncə-Qarabağ bəylərbəyliyi ərazisində Qarabağ və Gəncə xanlıqları yarandı.Qarabağ xanlığı gücləndikcə erməni məlikliklərinin müqaviməti, pozuculuq fəaliyyəti güclənirdi.Məlikliklər Qarabağ xanlığına qarşı mübarizədə Rusiyaya bel bağlayırdılar.Rusiya xristian amilinə görə məlikliklərə hədsiz kömək göstərirdi.
xvııı əsrin başlanğıcında Rusiyanın C. Qafqazda , o cümlədən müasir Azərbaycan Respublikası ərazisində işğalçılıq fəaliyyəti gücləndi.1801-ci ildə Gürcüstan,Car -Balakən camaatlığı(1803) və Gəncə xanlığı (1804) işğal olundu.İbrahim xan belə bir vəziyyətdə Rusiya qoşunlarının komandanı R.D.Sisianovla müqavilə bağladı.Qarabağ xanlığı müstəqil bir dövlət olaraq Rusiyaya ilhaq olundu.

Qarabağ xanlığı bjr neçə mahala bölünmüşdü: Sisyan, Dəmirçi, Kəbirli, Talış, Cavanşir, Xaçın, Çiləberd, Xırdapara, Dizax, Vərəndə, Açantürk vəs.Dizax , Vərəndə, Çiləberd, Xaçın, Talış məlikliyi xəmdə adlanırdı, əhalisi əsasən xristian idi.Xanlığın qalan əhalisini isə müsəlmanlar təşkil edirdi.

Rus-İran, rus-Osmanlı müharibələrinin gedişində qalib gələn ruslar İran və Osmanlı dövlətləri ilə bağladıqları müqavilələrdə özlərinə sadiq ermənilərin İran və Osmanlıdan indiki Azərbaycan Respublikası ərazisinə köçürülməsini şərt qoymuşdu.Bu hal isə Qarabağda əhalinin etnik tərkibinin kəskin dəyişməsinə səbəb oldu.Ermənilər zaman keçdikcə, ərazidə dominant xalqa çevrildilər.1832-ci ildə D. Qarabağda aparılmış siyahıyalmanın nəticələrinə görə əhalinin 64,4 % -i müsəlman, 34,8%-i isə erməni idi.1990-cı il statistikasında isə Qarabağln ümumi əhalisi 192,000-ə çatmışdır.Əhalinin etnik tərkibi 76% ermənilərdən, 23% -isə azərbaycanlılardan ibarət idi.

D.Qarabağ 1918-ci ilin 28 mayında yaradılmış AXC -nin tərkibinə qatıldı.İki il sonra martın 22-də Şuşada ermənilərin qiyamı baş verdi.Qiyamçılar Əsgəran qalasını ələ keçirmişdilər.Gənc dövlət AXC bu qiyamı silah gücünə yatıraraq D.Qarabağ üzərində nəzarəti ələ keçirtdi.
1920-ci ildə AXC Qırmızı Ordunun müdaxiləsi ilə devrildi və Azərbaycanda sovet quruluşu bərqərar edildi.(abzas) ÜİK(p) PMK -nın Qafqaz bürosunun 1921--ci il tarixli iclasında Dağlıq Qarabağın Azərbaycan SSR hüdudlarında saxlanması , inzibati mərkəzi Şuşa olmaqla ona geniş muxtariyyət verilməsinə qərar verilib.Dağlıq Qarabağ Muxtar Vilayəti Haqqında Əsasnamə isə 26 noyabr 1924-cü ildə çap olundu.(abzas) 1965-ci ildə D.Qarabağın Ermənistana ilhaq edilməsi barədə 45min nəfərin imzaladığı petisiya Moskvaya təqdim edilmiş, lakin bu iddialar təmin edilməmişdir.D.Qarabağda ermənilərin separatçı hərəkatları 1988-ci ilin fevralından aqressiv məcraya yönəldi. Stepanakerti mitinqlər dalğası bürüdü.

SSRİ Ali Soveti Rəyasət Heyəti 1988-ci il yanvarın 12-də "Azərbaycan SSR-nin DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında" qərar qəbul etdi.Noyabrın 28-də Azərbaucan dövləti tərəfindən Xüsusi İdarə Komitəsi ləğv edildi.Buna cavab olaraq, Ermənistan SSR D. Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi.Bu rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanımamaq aktı idi.

1991-ci il avqustun 30-da azərbaycan SSR Ali Soveti dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyanat qəbul etdi, oktyabrın 18-də isə "Dövlət müstəqilliyi haqqında konstitusiya aktı"qəbul olundu.1991-ci ildə D. Qarabağ erməniləri Dağlıq Qarabağ Respublikası adlanan qurum təsis etdilər.Azərbaycan dövləti həmin qurumu tanımaqdan imtina etdi.

1991-ci ildə noyabrın 20-də Azərbaycan nümayəndə heyətini D.Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə aparan vertolyot Qarakənd səmasında vurulur.Bu faciədə Azərbaycan Respublikasının yüksək çinli məmurları həyatını itirdi.(abzas) Həmin ilin 26-noyabrında Azərbaycan dövləti tərəfindən DQMV statusu ləğv olundu .Stepanakert(Bakı komissarı Stepan Şaumyanın adına bu cür adlandırılmışdı) Xankəni, Mardakert Ağdərə, Martuni Xocavənd adlandırılır.Dəyişdirilmiş toponimlərin ərazilərə verilmiş qədim, yəni ilkin adlarolduğu iddia olunur.
Bütün bunlar milli ədavəti daha da qızışdırdı və münaqişə silahlı müharibəyə çevrildi.Qanlı müharibənin nəticəsi olaraq D.Qarabağ və ətrafındakı yeddi rayon Azərbaycanın nəzarətindən çıxmışdır.
BMT TŞ münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir, qətnamələrdə Azərbaycan Respublikası ərazisindən Ermənistan silahlı qüvvələrinin çıxarılması tələb olunur.
D.Qarabağ hazırda de-fakto müstəqil olsa da, rəsmən heç bir dövlət, o cümlədən Ermənistan tərəfindən tanınmır.

Elvin İrşadov .

Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Категории раздела
TMH XABAR [260]
TMMR XABARLAR [81]
MADANİYYAT [15]
TALIŞH [227]
SIYASƏT [108]
SOSİAL ŞƏBƏKƏ XABARLARİ [12]
SİYASAT
ELİM VƏ İNKŞAF [13]
TARİX [23]
İDMAN [3]
TARİXİ ÇİXŞLAR [4]
SOSİAL PRABLEMLƏR [11]
TOLIŞİ POEZİYA . [25]
XƏBƏRLƏR [524]
События в мире [1]
Россия [3]
Политика [6]
Бизнес [1]
Технологии [0]
Наука [0]
Здоровье [1]
Спорт [0]
Образование [0]
Site information [1]
Dear, valuable and dear to our readers and regular followers of our site. Our site provides you with all kinds of news - economic, cultural, scientific, religious information and materials, as well as poems, stories and other valuable materials.   We consider informing as our main goal for you. Also, one of our main goals is the timely, accurate and honest reporting of traditions and customs, moral and social problems of other indigenous peoples of the country, as well as communicating the problems of the Talyshs to the world community as a whole! In particular, we thank and ask you for providing us with valuable information and materials, using every opportunity to achieve our goals, we thank those who helped us by conducting quick, timely and in-depth studies!   Site managers , Ruslan Almaszada . Deputy Head and Technical Manager Ilham Babazade. Tel.0031686031475
Календарь
«  Июль 2020  »
ВсПнВтСрЧтПтСб
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Total of answers: 10
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0