search
menu
person

NEWS AND UDATES


20:50
Danışanda ay Talışlar deyirsiz ki,  Ələkrəmə  Hummətov görə Lankona baxılmır


sürücü : Ələmdar Şahvəli oğlu Ağayev hadisə yerində dünyasını dəyişib.

Danışanda ay Talışlar deyirsiz ki, Ələkrəmə Hummətov  görə Lankona baxılmır.




Droud bə həmə Tolışon !!! Dünən  yəni 28 avqust 2019 cı il  Lankon vaxtı ilə 17.00 radələrində Lankonun Bəleton kəndində sərnişin avtobusu aşıb. Avtobusun sürücüsü həlak olub, qalan 22 sərnişin isə müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilmişlər. Allahdan sürücüyə rəhmət diləyirəm. Şəxsən tanıyırdım. Çox gözəl, hər şeyin yerini bilən insan idi. Xəsarət alanlara isə Allahdan şəfa diləyirəm...Amma sözümün canı bu deyil.
Hadisənin baş etdiyi kənd relyefinə görə dağlıq kənddir amma Lankonun inzibati ərazisinə daxildir. Hadisənin baş vermə mənbəyi yolsuzluqdur ! Kəndin yolu elə bir bərbad vəziyyətdədir ki, qışda orda ayaqla yerimək mümkün deyil. Qış fəslində o kənddə hər bir hansı nəqliyyatın getməsi mümkün deyil. Yalnız ağır yük maşını olan QAZ 31 lər çox çətinliklə hərəkət edir . Rəhmətlik sürücü PAZ markalı sərnişin avtobusunun mühərrik gücünü artırmaqla həftədə üç dəfə kəndin camaatını Lankon bazarına çıxardardı ki, kənd camaatı lazım olan ərzaqı ala bilsin həm becərdikləri kənd təsərrüfatı mallarını sata bilsinlər. Mən özüm o avtobusla həmin kəndə getmişəm və insanın keçirdiyi qorxu hissini təsəvvür etmək lazımdır. Çünki yol o qədər bərbaddır ki, avtobusun hər an dərəyə aşacağı an məsələsi olurdu və dünənki hadisə qaçılmaz idi. Nəzərə alsaq ki, sürücünün 28 il Bəleton yolu təcrübəsi vardı. Belə bir sürücü ilə yayın günündə bu hadisənin baş verməsi düşündükdə yolun vəziyyətini təsəvvür etmək olar. Yəni Bəleton kəndi belə zülmlə yaşayırdı.
İndi keçirəm mətləbə: Bunu hökümət nümayəndələrinə yazımmışam , onlara hökümət demək mümkünsə. Bəleton əhalisi çox işgüzar və savadlı adamlardır. Dəfələrlə Lənkəran şəhər İH- nin başçısı Taleh .Q - yə yazılı ,şifahi , şəxsən qəbul olunmaqla Bəleton kəndinə normal yol çəkilməsini xahiş və bəzən tələb etmişlər. Amma hər dəfə söz verilib yola salınmışlar...Və bu günə qədər kəndə yol çəkilməmişdir. Bu da nəticəsi. Belə yolsuz dağ kəndlərimiz Talışda onlarladır. Hətta eşitdiyimə görə Lankonun Lüəsə(Lüvəsər- dağ kəndi deyil) adlı kənd camaatı öz vəsaitləri ilə kəndə asfalt yol çəkibmişlər. Amma ipək yolu çəkiləndə ağır yüklü Kamaz maşınları kəndin yolunu pis vəziyyətə salıblar və adamlar tozdan evlərində otura bilmirlər. Dəfələrlə bu kəndin də camaatı Taleh Q. - yə müraciət etsələr də " layihədə filan ildə olacaq, onda çəkərik" deyib hələ də kənd camaatının haqqını bərpa etmirlər.
İstər istəməz düşünürsən  burdan gedib Bosniyada yol çəkirlər, Avropaya pul xərcləyirlər. İyirmi kəndin yolunu asfaltlamaq bu qədərmi çətindir bu hökumətə ? Danışanda ay Talışlar deyirsiz ki, Ələkrəmə görə Lankona baxılmır. Amma Gəncədə Surət, Şəkidə Rəhim vardı .Bəs oralara niyə baxırlar ?.Ələkrəm Azərbaycandan 20 ildən çoxdur çıxarılıb .Orda ki, deyil. Yaxşı bəs bu nə Ələkrəm bəhanəsidir ki, öz cinayətlərinə haqq qazandırılar??? Demək məsələ Ələkrəmdə deyil bizim Talış adımızdadır!!!! Yəni biz Talış olaraq bu qədərmi aciz olduq? Kimlərsə halal həyatımızı belə əlimizdən alıb faciyə ilə bitirsinlər ? Axı o vaxt Ələkrəmin arxasında dayansaydıq bundan gözəl həyatımız vardı. Yaxşı Ələkrəm pisdir??Axı sizə nə olub ki, sakit dayanıb baxarsız üzərinizdə olan bu istehzalı münasibətə?! Ay Bəleton camaatı axı siz barışmaz və prinsipial adamlarsınız. Axı ay Talışlar ....BİZ AZ TALIŞLARIQ-ƏMƏ OXO TOLIŞONİMON....ÇI İMAM HÜSEYNİ AŞIĞ,ÇI BABƏKİ NƏVƏMON...!!!!
ÇİÇMON OMUTE ÇƏVONKU????!!!!!
  tolishstan.com       Kapitan Grant
https://www.facebook.com/kapitan.grant.902/posts/188145258858779
Category: TALIŞH | Views: 102 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $